Home / SAĞLAMLIQ  / TOP-10 ən dəhşətli xərçəng xəstəlikləri

TOP-10 ən dəhşətli xərçəng xəstəlikləri

Düşmənlə mübarzə aparmaqdan öncə onu üzdən tanımalısınız. Məhz buna görə də kişilərdə rast gəlinən ən dəhşətli xərçəng xəstəlikləri barəsində danışacayıq. Hockin Limfoması Əgər sizin 25-30 yaşınız varsa limfa düyünləri xərçənginə tutulma riskiniz vardır. Əsasən bu xəstəlik döş

xərçəngin növləri
Düşmənlə mübarzə aparmaqdan öncə onu üzdən tanımalısınız. Məhz buna görə də kişilərdə rast gəlinən ən dəhşətli xərçəng xəstəlikləri barəsində danışacayıq.

Hockin Limfoması

Əgər sizin 25-30 yaşınız varsa limfa düyünləri xərçənginə tutulma riskiniz vardır. Əsasən bu xəstəlik döş qəfəsində yaranır. Daxili orqanları sıxan və onların fəaliyyətini pozan şiş əmələ gəlir. Zamanla şiş qara ciyərə, dalağa, ağ ciyərə və sümük iliyinə yayılır. İlkin mərhələlərdə sağalma ehtimalı 91% faiz olan xəstəliyin daha gec mərhələrində sağalma ehtimalı 73%-ə enir.

ABŞ Milli Onkologiya İnstitutunun məlumatlarına görə bu xəstəliyə ən çox infeksion monokuleoz keçirmiş insanlar tutulur. İlkin əlamət kimi boğaz nahiyəsində daimi limfa şişkinlikləridir. Bunun səbəbi həmişə xərçəng olmasa da, boş buraxmaq olmaz. Əgər belə hal baş verərsə dərhal cərraha və ya hematoloqa müraciət etmək lazımdır.

Yumurtalıq xərçəngi

Spermatozoidlərin yarandığı yumurtalıq kanallarının toxumalarına təsir edir. Daha gec mərhələlər qara ciyərdə, beyində, sümükdə və qasıq limfa düyünlərində metastaz ilə yekunlaşa bilər. İlkin mərhələlərdə 99% sağalmaq ehtimalı vardırsa, daha gec mərhələlərdə bu ehtimal 73%-ə enir. Yumurtalıqların torbalara düşməsinə nəzarət edin. Əks halda xərçəng xəstəliyinə tutulma şansınız 20-40 dəfə artacaq. Həkimlər məsləhət bilir ki, orqanınızı daima yoxlayasınız. Hər hansı düyün hiss etsəniz dərhal onkoloqa müraciət etməlisiniz.

Beyində şiş

Beyin şişi – köməkçi sinir toxumunun böyüməsidir ki, bütün orqanı sıxır. Əksər hallarda bu tip şişlər bədxassəlidir. Lakin beyindən başqa heç bir orqana yayılmırlar. Sağalma ehtimalı ilkin mərhələlərdə 65% olub, daha gec aşkarlandıqda 17%-dir. Daimi baş ağrıları, ürək bulanmaları, dərinin hissiyatsızlığı, yaddaş probeləmləri – nevroloqa müraciət edin və tomoqrafiya olunmasını istəyin.

Melanoma

Melanoma – xərçəngin ən təhlükəli növüdür. Sadə bir xalın yaranması ilə başlayan bu xəstəlik əksər hallarda bədxassəliyə çevrilir. Xərçəng hüceyrləri sürətlə bütün orqanlara yayılaraq, metastazlar yaradır. İlk mərhələlərdən sağalmaq olduqca realdır (91%). Yox əgər geciksəniz sağ qalmaq ehtimalınız 15%-ə enəcəkdir. Çünki melanoma əksər hallarda qara və ağ ciyər, sümük və beyin xərçəngi ilə yekunlaşır.

Bu xəstəliyə ən çox ultrabənövşəyi şuaları sevənlər tutulur. Bu səbəbdən solaridən uzaq durmalı və günəş vannalarını az qəbul etməlisiniz. Həmçinin melanoma göygözlərdə, sarışınlarda, xalı çox olanlarda, anadan gəlmə dərisində ləkə olanlarda rast gəlinir. Dərinizdə hər hansı bir dəyişiklik müşahidə etsəniz dərhal dermatoloqa müraciət edin.

Qalın bağırsaq xərçəngi

Bu xəstəlik adətən qalın bağırsağın divarlarındakı poliplərin polipoz zamanı şişməsindən inkişaf edir. Bu xərçəngin metastazları qara və ağ ciyər, sümüklərə qədər yayıla bilər. İlk mərhələdə sağalmaq ehtimalı 90% olub, daha gec mərhələlərdə bu ehtimal 12%-ə enir. Bu xəstəlik ən çox yağlı yemək yeyənlərdə və çox dərman içənlərdə inkişaf edir. Piylər bağırsaqda kanseroqenlərə çevrilirlər. Həmçinin bu xərçəngə oturaq həyat tərzi keçirənlər də tutulur. Bu xəstəliyin sizdə olub olmamasını öyrənmək üçün qastroentroloqa və kolonoskopiyaya müraciət etməlisiniz.

Mədə xərçəngi

Xəstəlik mədə divarında yaranır. Metastazlar qonşu limfa düyünlərə yayılır, qida borusuna, qara ciyərə, mədəaltı vəzilərə və ağ ciyərə təsir edir. İlkin mərhələlərdə sağalmaq ehtimalınız 71%-dirsə, gec mərhələlərdə bu ehtimal 4%-ə enir. Səbəb – həddən artıq duzlu və hisə verilmiş qidalardan çox istifadə, kraxmal (kartof) və alkoqolun çoxlu qəbulu. Həmçinin bu xəstəlik irsi ola bilər (qastrit, xora). İldə bir dəfə qastroskopiyadan keçmək məsləhət görülür. Əlamətləri: iştahsızlıq, arıqlıq, mütəmadi güclü qarın ağrıları.

Ağ ciyər xərçəngi

Əsasən bu xəstəlik bronxlarda inkişaf edir. Ən qorxulusu ondadır ki, bu xərçəng özünü gec mərhələlərdə, artıq qonşu orqanlara və ya sümüklərlə beyinə yayılandan sonra göstərir. İlkin mərhələlərdə sağalmaq ehtimalı 54%-dirsə, gec mərhələlərdə bu ehtimal 4%-ə enir. Əsas səbəb siqaretdir. İlkin mərhələlərdə bunu təyin etmək üçün döş qəfəsinin tomoqrafiyası lazımdır və ya fibrobronxoskopiya keçirilməlidir.

Böyrək xərçəngi

Sidiyin yarandığı kanalların toxumalarında yaranır. Metastazlar ikinci böyrəyə, ağ və qara ciyərə, beyin, onurğa və çanağa yayılır. İlkin mərhələdə sağalma ehtimalı 90%, daha gec mərhələlərdə 11%-dir. Səbəb: siqaret, alkoqol, sidik qovan vasitələrin çoxlu istifadəsi, irsi və piylənmə. 25-40% hallarda USM zamanı aşkarlanır. Əlamətlərdən biri sidikdə qan.

Sidik kisəsi xərçəngi

Kisənin içində yaranır. İlkin əlamətlər artıq xəstəliyin kisə divarlarını keçdikdən, şiş yetişdikdən sonra hiss olunur, qanaxmalar başlayır. Metastaz ağ və qara ciyərlərə və sümüklərə yayıla bilər. İlkin mərhələlərdə sağalma ehtimalı 98% olub, daha gec mərhələlərdə bu ehtimal 6%-ə enir. Səbəb: siqaret, sistit, sidik kisəsinin papilloması. Xərçəngi ilkin mərhələlərdə sitoskopiya ilə aşkarlamaq olar.

Prostat xərçəngi

Şiş birbaşa vəzinin daxilində inkişaf edir. Zamanla o, orqanın ətrafından çıxaraq, qonşu toxumalara keçir. Sidik kanalının divarlarına və sidik kisəsinin başına yayılır. Metastazlar adətən çanaq sümüklərinə, onurğa, bud və qabırğalara yayılır. Sağalmaq ehtimalı ilk mərhəllərdə 100%, daha gec mərhələlərdə 30%-dir.

Əksər hallarda irsidir. İlkin mərhələlərdə şişi aşkarlamaq çətindir. Bunun üçün yaxşı həkim olmalıdır. Əgər xərçəng lap dərindədirsə onu yalnız profilaktik müayinələr zamanı ya da artıq sidikdə qan olan zaman təyin etmək olar. Həmçinin sidiyin ifrazında ağrılar, bel və çanaq ağrıları.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın