Home / XƏBƏRLƏR  / Gündə 10 litr light kola içən qadın

Gündə 10 litr light kola içən qadın

Kolanın insan orqanizminə ziyan olduğunu hamı bilir. Lakin light kola düşgünü Jakki Ballan (42 yaş) gündə nə az nə çox 10 litr light kola içir. Qadının həyatı artıq bir dəhşətə çevrilib. Gündə 10 litr light kola

jakki ballan
Kolanın insan orqanizminə ziyan olduğunu hamı bilir. Lakin light kola düşgünü Jakki Ballan (42 yaş) gündə nə az nə çox 10 litr light kola içir. Qadının həyatı artıq bir dəhşətə çevrilib.

Gündə 10 litr light kola içən qadını, yanında kola olmayanda vahimə basır. Bəzən gündə içdiyi kolanın miqdarını 16 litrə qaldıran qadın, gün ərzində çəkisinin ikiqatı qədər kola içir.

5 yaşlı uşaq anası olan Ballan ilk dəfə light kola ilə 14 yaşında tanış olub. O gündən etibarən koladan asıllığı gündən-günə artır.

Qadının sağalması üçün hipno-terapiya edilməsi düşünülür. Asıllılığı ilə əlaqədar Ballan başağrıları çəkir, qarabasmalar olur. Qarabasmalar zamanı “göydə uçan portağal” gördüyünü deyən qadın, belə hallarda özü özünü sakitləşdirməyə çalışır.

Daha öncə bir camaşırxanada işləyən qadın, məhz bu asıllığının ucbatından işindən də olub. Asıllı qadın artıq kola üçün pul çatdırmır. İngiltərənin Çeşiri şəhərində yaşayan qadın bu asıllılığın həyatına mənfi təsir göstərdiyini və yetərli kolası olmasa evdən çıxa bilmədiyini deyib. Ballanın sözlərinə görə, evdən çıxarkən çantasında ən azı iki butulka kola olmalıdır. Kola ilə hədsiz çox kofein qəbul edən qadının artıq yuxu problemi də yaranıb ki, yuxusuz saatlarda o yenə kolaya üz tutur.

Özünə demək olar ki, heç pul xərcləməyən qadın, bütün pul-parasını light kolaya xərcləyir. İlk mərhələlərdə qırmızı etiketli kola içən qadın, sonralar kökəlmənin qarşısını alsın deyə light kolaya keçmişdir.

Bu asıllılığına artıq 150 min funt xərcləyən qadın bir saatda yarım litr kola içir. Qarabasmaları olan qadın ildə 6 min funt kolaya pul xərcləyir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın