Home / GÖRKƏM  / Əsl kişi kimi görünmək

Əsl kişi kimi görünmək

Küçələrdə arıq, yarıcanlı kişilərin peydə olunma anını bizlər buraxmışıq. Artıq əsl kişinin necə olmalı olduğunu dünyaya xatırlatmaq lazımdır. İndiki kişilər dar cins geyinir, qamətlərini saxlamırlar və ümumiyyətlə qəribə geyinirlər. Bizlər dəbə qarşı deyilik, lakin yalnız başqalarından

tom ford
Küçələrdə arıq, yarıcanlı kişilərin peydə olunma anını bizlər buraxmışıq. Artıq əsl kişinin necə olmalı olduğunu dünyaya xatırlatmaq lazımdır.

İndiki kişilər dar cins geyinir, qamətlərini saxlamırlar və ümumiyyətlə qəribə geyinirlər. Bizlər dəbə qarşı deyilik, lakin yalnız başqalarından fərqlənmək uğrunda təlxəyə oxşamaq da lazım deyil. Onlar atalarının puluna və ya kreditə smartfonlar alırlar və dərin daxili dünyalarının olduqlarını düşünərək, başqalarına yuxarıdan baxırlar. Lakin əsl kişinin necə olmalı olduğunu yada salmağın vaxtıdır.

1. Kişi güclüdür. O, mənəvi və fiziki güclüdür. Onun əzələləri görsənir və daim idmanla məşğul olur. O zarımır, şikayət etmir və təslim olmur. O söhbətlərdən qaçmır, lakin onları yaratmır da.

2. Kişi qadına oxşamır. Özü də bütün mənalarda. O zahirən və hərəkətləri ilə qadını xatırlatmamalıdır. Artıq arxadan baxanda qabaqda əsl kişinin getdiyi bəlli olmalıdır. O pirsinqlərdən və tatulardan uzaqdır. Qadına oxşamaq və frik olmaq kişiliydən deyil.

3. Əsl kişidən ibrət götürürlər. Yetişən nəsilə kişinin necə olmalı olduğunu öyrətmək lazım deyil. Gənclər böyük nəsildən ibrət götürür. Onlar sizin olduğunuz kimi olacaqlar. Məhlədəki uşaqlar sizlərə baxıb ibrət götürəcəklər. Biri küçələrdə içib yatsa da, siz onların gözündə idol olmalısınız.

4. Kişinin məqsəd və planları olmalıdır. Başqalarının hesabına onlar yaşamır. Kişi öz yolunu cızır və özü özünü təmin edir. Onun boş şeylərə vaxtı yoxdur. Kişi diqqətini gücdə, pulda və ailədə cəmləyir. Zəif xasiyyətli kişi olmur.

5. Kişi münasibətlərdə lider olur. O passiv deyil və söhbətə ilk özü başlayır, sevgini ilk özü etiraf edir, ilk evlənmək təklifi də məhz ondan gəlir. Əsl kişi münasibətlərdə cavabdehliyi öz boynuna götürür.

6. Kişi həyatını qaydasında saxlayır. Evdə və iş masasında xaos olduqca uğur əldə etmək çətin olur. Öz ərazinizin sahibi olun.

7. Kişi bərkdir. Əsl kişi dediyi sözlərə və etdiyi hərəkətlərə görə məsuliyyət daşıyır. O sözünün üstündə durur. Əsl kişi edə bilməyəcək bir şeyləri vəd etmir. Qeybət ondan uzaqdır və sirri yaxşı saxlayır. Qeybət yalnız qadınlara məxsusdur.

8. Kişinin kişi dostları vardır. O, digər kişilərə hörmətlə yanaşır, əlbəttə onlar buna layiqdirlərsə. Kişi kişi birliyinin prinsiplərini başa düşür. O, dostlarına bütün məsələlərdə kömək etməyə hazır olur.

9. Əsl kişi ailəsinin qədrini bilir. O, böyüklərə hörmət edir, kiçikləri müdafiə edir. Əsl kişi ailə qurmaqdan qorxmur. Ailə – kişinin köküdür.

10. Kişi ölməkdən qorxmur. Əsl kişi davada canı üçün əsmir, kiçik bir soyuqdəymə olan kimi dərmanların üstünə hücum etmir. Kişi başa düşür ki, həyat anlardan ibarətdir. Kişi bilir ki, bir gün o olmayacaq və planlarını reallaşdırmağa çalışır.

Əsl kişi kimi görünmək? Dünyanın yadına salmaq lazımdır!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın