Home / BİZNES  / Məzuniyyət vaxtıdır: dünyanın ən yaxşı 10 çimərliyi

Məzuniyyət vaxtıdır: dünyanın ən yaxşı 10 çimərliyi

Yay artıq ən qızmar vaxtındadır və məzuniyyətə çıxmağın tam vaxtıdır. Yay fəslində gözəl çimərliklərdə istirahət etməkdən yaxşısı nə ola bilər? Bu məqalədə sizlərə səyahətçilərin təqdim etdikləri 10 ən yaxşı çimərlikləri təqdim edirik. Bəlkə elə siz

colin wayne
Yay artıq ən qızmar vaxtındadır və məzuniyyətə çıxmağın tam vaxtıdır. Yay fəslində gözəl çimərliklərdə istirahət etməkdən yaxşısı nə ola bilər? Bu məqalədə sizlərə səyahətçilərin təqdim etdikləri 10 ən yaxşı çimərlikləri təqdim edirik. Bəlkə elə siz seçim qarşısındasınız?

Rabbit Beach, İtaliya

Top siyahıda birinci yerdə Rabbit Beach çimərliyi yer alıb. Bu çimərlik italiya adası Lampeduzada yerləşir (Tunis və Sisiliya arasında).

Bir çox ekspertlər və səyahətçilər bu çimərliyi Avropada ən yaxşısı hesab edirlər. Bu çimərliyə çatmaq heç də asan deyil. Maşınla belə yaxınlaşsanız, sizi 20 dəqiqəlik dağlıq piyada yol gözləyir.

Bu çimərlikdə qum ağ və həssasdır. Sahildən 150 metr içəri su dayazdır və çimərliklə üzbəüz yerləşən kiçik adaya üzərək çatmaq olar. Lakin ən yaxşısı kiçik bir qayıqdır. Onun köməyi ilə adanın ətrafında gəzə və burada yerləşən mağaraları kəşf edə bilərsiniz.

Bəzi avqustun sonunda bura gələn turistlər böyük dəniz tıspağalarını görə bilirlər. Onlar buraya yumurta qoymağa gəlir, hətta çimərliyin qərb hissəsində bala tıspağalar dünyaya gəlməyincə insan ayağının dəyməsi qadağandır.

Grace Bay, Terks və Kaykos

İkinci yerdə Grace Bay çimərliyidir. Çimərlik Britaniya əraziləri hesab olunan Kaykos və Terks adalar qrupunun Providensuales adasında yerləşir. Təmiz büllur su və ağ qum sizi cəlb edəcəkdir.

Whitehaven Beach, Avstraliya

Whitehaven Beach çimərliyi Vaytsandeys adalarında yerləşir. Bu çimərliyin vəhşi gözəlliyi 7 km uzanmışdır. Maraqlıdır ki, günün ən qızmar saatlarında belə burada qum qızmır. Üçüncü yer.

Baía do Sancho, Braziliya

Dördüncü yerdə qayalıqların ətrafında yerləşən inanılmaz gözəl bir çimərlikdir.

Flamenco Beach, Puerto-Riko

Flamenco Beach – Karib regionunun ən mənzərələi çimərliyidir. Beşinci yer.

Ölü Dəniz, Türkiyə

Türkiyənin ən bahalı kurortlarından olan Ölü Dəniz çimərlikləri, Fethiye şəhərinin 15 km yaxınlığında yerləşir. Burada istirahət sizlərə Maldiv adalarını xatırladacaq. Altıncı yerdə

Lopes Mendes Beach, Braziliya

Yeddinci yerdə yenə braziliya çimərliyi olan Lopes Mendes Beach yerləşib. Çimərlik İlya-Qrandi adasında yerləşir və Rio-de-Janeyro şəhərinə yaxındır.

Horseshoe Bay, Bermud adaları

Horseshoe Bay çimərliyi – çəhrayi qum və büllur suyu əhatə edən bir neçə kilometrdir. Bermud adalarında ən məşhur olan bu çimərlik bizim siyahıda səkkizinci yerdədir.

Eagle Beach, Aruba

Karib regionunun adası olan Arubada yerləşən Eagle Beach çimərliyi doqquzuncu yerdə qərarlaşıb. İnanılmaz mənzərələri və koral rifləri bura turist axınını təmin edir.

Rhossili Bay, Böyük Britaniya

Suonsi yaxınlığında Qauer yarımadasında yerləşən bu çimərlik Böyük Britaniyada ən yaxşı çimərlik adına layiq görülüb. Çimərliyin uzunluğu 5 kilometrdir. Turistləri buraya böyük dalğalar və mənzərəli Rhossili Downs yüksəklikləri cəlb edir. Onuncu yer.

Bu bizim sizlərə təqdim etdiyimiz kiçik bir siyahıdır ki, dünyada gediləsi çimərliklərin sayı hesabı yoxdur. Əgər sizin əlavələriniz varsa qeyd edə bilərsiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın