Home / İDMAN  / Qaçış zamanı əzələlər: onların köməkliyi ilə nəticəyə necə nail olmaq olar

Qaçış zamanı əzələlər: onların köməkliyi ilə nəticəyə necə nail olmaq olar

Ürək və ayaq əzələləri heçdə qaçan zaman işləyən yeganə əzələlər deyil. Sizcə daha hansı əzələlər qaçan zaman işləyir? Kvadritsepslər Ən çox güc budun dördbaşlı əzələsinin üzərinə düşür. Bu əzələlər budun ön və yan hissəsini əhatə edir.

qaçmaq
Ürək və ayaq əzələləri heçdə qaçan zaman işləyən yeganə əzələlər deyil. Sizcə daha hansı əzələlər qaçan zaman işləyir?

Kvadritsepslər

Ən çox güc budun dördbaşlı əzələsinin üzərinə düşür. Bu əzələlər budun ön və yan hissəsini əhatə edir. Onların funksiyası – diz və bud nahiyəsində ayaqların qatlanmasını təmin etməkdir.

Bud əzələləri

Budun arxa hissəsini əhatə edən bu əzələlər dizlərin qatlanmasına cavabdehdirlər.

Baldır

Baldır əzələləri də dizlərin qatlanmasına cavabdehdirlər. Həmçinin onlar ayaqları qaldırır, bədəni stabilləşdirir, dabanların yerə qoyulmasını yumuşaldır və qaçışı yüngülləşdirirlər. Düzgün məşq etsəniz bu əzələniz zamanla inkişaf edəcək və nəticədə diziniz daha düzgün və harmonik inkişaf etmiş olacaq.

Yan əzələləri (bax Yan əzələlərinizi ev şəraitində məşq edin)

Yan əzələləri böyük, orta və kiçik əzələdən ibarətdir. Onların hər biri müəyyən hərəktlərə cavabdehdirlər. Birgə isə onlar budun qatlanım-açılmasına və önə əyilmiş bədənin düzəlməsinə cavabdehdirlər.

Ayaq altı

Ayaq barmaqlarının qatlanım-aşılmasına cavabdeh olan əzələlərlə örtülmüş ayağın bu hissəsi durmaq zamanı gələndə işə düşürlər.

Pres (bax Pres məşqləri)

İndisə ən maraqlısı başlayır. Bu pres əzələləridir. Onlar qamətimizi düzgün saxlamağa kömək olur ki, qamətsiz heç bir nəticə əldə etmək mümkün olmazdır. Üstəlik zədə də ala bilərsiniz. Qaçış zamanı korpusunuz bərk deyildir. Bu zaman onurğanız fırlana bilər. Bu əzələlər həmçinin bədənin yuxarı və aşağı hissələrini stabilləşdirir. Üstəlik enerji itkisini azaldırlar ki, daha uzun məsafələri qət edə bilirsiniz. Beləliklə, qaçan zaman pres əzələləriniz də işləyir.

Bitseps və triseplər (bax Güclü qollar)

Bitseps və tisepslər qaçış zamanı vacibdir. Onlar az da olsa havanı virtual olaraq geriyə atır. Xüsusən də bunu uzun məsafələr qət eləyəndə hiss olunur.

Gördüyünüz kimi qaçış zamanı bir çox əzələ işə düşür. Bu səbəbdən məşq edərkən bədəninizin bütün hissələrinə fikir verin. Onların hər birini optimallaşdırmağı öyrənin. Nəticələriniz mütləq yaxşılaşacaqdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın