Home / QİDA  / Ezo gəlin şorbası-imtina etmək mümkün deyil

Ezo gəlin şorbası-imtina etmək mümkün deyil

Osmanlı türklərinin əvəzsiz şorbalarından birdir Ezo gəlin şorbası. Bugün sizlərə bu ləzzətli şorbanın hazırlnama qaydasını tərif edəcəyik. Üstəlik ramazan ayını nəzərə alaraq şorbanı süfrənizdən ayırmayın. Lazım olanlar 1 stəkanı qırmızı mərci, 1 kiçik qəhvə fincanı yarma, yarım

ezo gəlin şorbası
Osmanlı türklərinin əvəzsiz şorbalarından birdir Ezo gəlin şorbası. Bugün sizlərə bu ləzzətli şorbanın hazırlnama qaydasını tərif edəcəyik. Üstəlik ramazan ayını nəzərə alaraq şorbanı süfrənizdən ayırmayın.

Lazım olanlar

1 stəkanı qırmızı mərci, 1 kiçik qəhvə fincanı yarma, yarım qəhvə fincanı düyü, 1 ədəd orta boy soğan, 2 diş sarımsaq, 2-3 yemək qaşığı zeytun yağı, su, duz, qara bibər, 2 x/q un, 1 x/q tomat, 1 ç/q nanə, 1 ç/q qırmızı bibər, 2 x/q zeytun yağı, 2 stəkan su.

Hazırlanması

Soğan və sarımsağı xırda doğrayın. Zeytun yağını qazanda qızdırın. Soğan və sarımsağı əlavə edin və az qovurun.
Ardınca mərcini, düyü və yarmanı əlavə edib 1 dəqiqə qovurun. Duz və qara bibəri və suyu əlavə edərək vam odda qaynadın. Digər bir qazanda zeytun yağı qızdırın, üzərinə unu əlavə edin. Qovurduğunuz unun üzərinə tomat eləvə edin və yenidən 1 dəqiqə qovurun. Ədviyyatları və suyu əlavə edin və unun diri qalmaması üçün şorbanı daim qarışdırır. Artıq hazır olduğunu gördüyünüz zaman digər qazanda bişirdiyiniz mərci, düyü və yarmanı ikinci qazana əlavə edin və qaynadın. Nuş Olsun!!!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın