Home / SAĞLAMLIQ  / Mədə ağrılarına qarşı xalq təbabəti

Mədə ağrılarına qarşı xalq təbabəti

Mədədə ağrılar heç də heçnədən yaranmır. Əksər hallarda buna səbəb qastrit olur. Qastrit kəskin və xroniki olur. Kəskin şəkildə qastrit zəhərlənmə, çoxlu qidadan yaranır. Kəskin qastritə əsasən sinir sistemi zəif olan və mədə turşuluğu yüksək

mədə ağrıları
Mədədə ağrılar heç də heçnədən yaranmır. Əksər hallarda buna səbəb qastrit olur. Qastrit kəskin və xroniki olur. Kəskin şəkildə qastrit zəhərlənmə, çoxlu qidadan yaranır. Kəskin qastritə əsasən sinir sistemi zəif olan və mədə turşuluğu yüksək olan insanlar məruz qalır. Xroniki qastritə gəldikdə isə buna alkoqol, siqaret və düzgün olmayan qida qəbulu daxildir.

Hər bir halda bu xəstəliyi olan insanlar mütəmadi olaraq mədə nahiyəsində ağrılar hiss edirlər. Bu ağrılardan azad olmaq istəyirsiniz isə mütləq qastroenteroloqa müraciət edin ki, o sizə düzgün müalicə və pəhriz təyin edəcəkdir. Lakin insanlar özünü də xalq təbabətindən istifadə edərək müalicə edə bilər. Bu məqalədə bundan söz açırıq.

Kartof şirəsi

Çiy kartofun şirəsi mədə ağrılarına qarşı ən effektiv vasitələrdəndir. Hətta bu şirə nəinki qıcqırma zamanı hətta xroniki qastrit zamanı da xeyirlidir. Stəkanın 1/4 hissəsi qədər yeməkdən əvvəl gündə 4-5 dəfə qəbul etmək lazımdır. Üç həftədən sonra ağrılar keçdikdən sonra kartof şirəsinin qəbulunu gündə 2 dəfə qədər azaltmaq lazımdır.

Bitki qarışığı

Müxtəlif bitki qarışıqları da mədə ağrılarını sakitləşdirə bilər. Problemi həll etmək üçün sıradakı eyni ölçüdə bitkilərə ehtiyac var: çobanyastığı, gövhərnanə, qatırquyruğu, şüyüd toxumu və cirə. Bunları qarışdırdıqdan sonra iki çay qaşığı bitkinin üzərinə qaynar su əlavə edin və 20 dəqiqə dəm almağa qoyun. Dəmlənmiş ot çayını səhər və axşam 100 ml içmək lazımdır. Bütün narahatçılıqlarınız üç həftəyə yoxa çıxacaq.

Qastritə qarşı sıyıq

İlk öncə çobanyastığından cövhər hazırlanmalıdır. Bir qaşıq çobanyastığı gülünü bir stəkan qaynar suda bir saat dəmləyin. Alınan cövhərin içinə 4 x/q qerkules əlavə edin və yulafın şişməsini gözləyin. Lakin bu sıyığı ən azı iki ay yemək lazımdır, səhər yeməyi. Ağrılar isə artıq 3 gündən sonra keçəcək.

Pivə mayası

Mədə ağrılarına qarşı xalq təbabətindən danışarkən pivə mayasını unutmaq olmaz. Bir ç/q mayanı iki ç/q balla qarışdırılır və bir gün saxlanılır. Hər gün səhər bunu ac qarnına yedikdən sonra dərhal yenisini hazırlamaq lazımdır. İki həftə mütəmadi qəbul qastrit və mədə xorasına qarşı xeyirlidir.

Şam qozası

Qastritə qalib gəlmək və ağrılardan azad olmaq üçün sizə şam qozası kömək edəcək. Butulkanın 1/3 hissəsini xırdalanmış qozalarla doldurun və üstünü araq ilə örtün. Bükün və bir həftə saxlayın. Minimum iki ay ərzində yeməkdən 30 dəqiqə əvvəl bir qaşıq qəbul edin.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın