Home / XƏBƏRLƏR  / Baku Cup turnirinin qalibləri bəlli oldu

Baku Cup turnirinin qalibləri bəlli oldu

Bakıda artıq dördüncü dəfə keçirilən Baku Cup 2014 turnirinin qaliblərinin adları bəlli olub. Rusiya, Böyük Britaniya və Ukrayna təmsilçiləri bu il Bakıda fərqlənə biliblər. İlk olaraq Hizer Uatson (BBR) və Aleksandra Panova (RUS) titulun sahibi olublar.

baku cup 2014 champion Elina Svitolina
Bakıda artıq dördüncü dəfə keçirilən Baku Cup 2014 turnirinin qaliblərinin adları bəlli olub. Rusiya, Böyük Britaniya və Ukrayna təmsilçiləri bu il Bakıda fərqlənə biliblər.

İlk olaraq Hizer Uatson (BBR) və Aleksandra Panova (RUS) titulun sahibi olublar. Onlar final mərhələsində Şahar Peer (İSR) və Raluka Olaru (RUM) cütlüyünü məğlub ediblər. 1 saat 33 dəqiqə davam edib və Uatson/Panova cütlüyü 6-2 7-6 (7/3) hesabı ilə qalib gəlib.

Təklərin yarışında isə Elina Svitolina (UKR) ardıcıl Bakıda fərqlənə bilib. Svitolina final mərhələsində 2012-ci il qalibi Boyana Yovanovskini məğlub edib. Serbiyalı tennisçi 1 saat 23 dəqiqəyə 1-6 6-7 (2/7) Svitolinaya məğlub olub.

Qeyd edək ki, ötən illərdə Bakıda Vera Zvonareva (RUS), Boyana Yovanovski (SRB) və ötən il Elina Svitolina (UKR) fərqlənə bilmişdirlər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın