Home / SAĞLAMLIQ  / Bədəniniz üçün edə biləcəyiniz 14 səhv

Bədəniniz üçün edə biləcəyiniz 14 səhv

Hər bir kişi bədənin sağlam və güclü olmağını istəyir. Lakin gün ərzində fikir vermədiyiniz, sizə ziyan olan hərəkət, hallar və qidalardan xəbəriniz var? Aşağıda bədəninizə edə biləcəyiniz 14 səhv haqqında ətraflı məlumat verilmişdir. 1. Yatıb qalmaq

Azər Atakişiyev
Hər bir kişi bədənin sağlam və güclü olmağını istəyir. Lakin gün ərzində fikir vermədiyiniz, sizə ziyan olan hərəkət, hallar və qidalardan xəbəriniz var? Aşağıda bədəninizə edə biləcəyiniz 14 səhv haqqında ətraflı məlumat verilmişdir.

1. Yatıb qalmaq və ya saat zəngini təkrara qoymaq
Söz yuxudan gedəndə onun müddəti 7-9 saat arasında olmalıdır. Lakin əgər sizin gündəlik yuxunuz 6 saatdan az və ya 10 saatdan çox olarsa xroniki xəstəliklərə gətirib çıxardır. Beləki, ürək xəstəlikləri, piylənmə və şəkərə gətirib çıxardır. Sizin bədəniniz üçün digər bir stres saatın zəngini təkrara qoymaqdır. Yuxunuzun bu təkrarlarla dağılması sizi gün boyu yorğun edəcək. Beləki, ən sağlamı artıq ilk zəngdən ayağa qalxmaqdır, növbəti yatacağınız 10-15 dəqiqə sizə əksinə yorğunluq gətirəcək. Bunu Yijak Kupfer deyir, Assistant Director of Critical Care and Pulmonary Medicine at Maimonides Medical Center in Brooklyn, NY.

2. Gündə 2 dəfədən çox alkoqol qəbul etmək
Hər gün 3-4 dəfə alkoqol içki qəbul edən kişilərdə ağız nahiyəsi xərçəngi, boyun və boğaz xərçənglərinin inkişafı ehtimalı daha çoxdur. Onlarda həmçinin iki dəfə çox serroz və yüksək qan təzyiqi müşahidə olunur. Ümumiyyətlə alkoqoldan uzaq olsanız daha yaxşı olar, lakin əgər özünüzə qəsd etməkdə davam edirsiniz isə bu zaman həftədə iki gün fasilə verin. Alkoqol həmçinin çəki artırır və sizin fitnesdəki göstəricilərinizi aşağı salır.

3. Oturaq həyat
Bütün axşamı internetdə oturaraq, tv-yə baxaraq və yaxud yalnız oturaraq istirahət edirsiniz. Bilin ki, oturaq işdən sonra evdə də oturmaq sizi öldürür. Beləki, Archives of Internal Medicine bildirir ki, gün ərzində 11 saatdan çox oturanların növbəti üç ildə ölüm riski 40% artır, nəinki gün ərzində 4 saatdan az oturanlarda.

4. Bağlı yerdə qalmaq
Gündəlik günəş işığında olmamaq orqanizmdə D vitamini defisitinə gətirib çıxardır ki, bu hal əsasən soyuq aylarda baş verir. D vitamini defisiti yorğunluq, ağrı və stresə səbəb olur. 19-50 yaş arasında siz gündə 15 mq gündəlik D vitamini qəbul etməlisiniz, Office of Dietary Supplements.

5. Söhbət xətrinə siqaret
Australia’s Sax Institute bildirir ki, hətta ən az siqaret çəkən insanlarda da ağ ciyər xərçəngi, ağ ciyər xəstəlikləri və ürək xəstəlikləri ehtimalı yüksəkdir.

6. Artıq məşq
Qeyd edilir ki, 90 dəqiqədən artıq məşq immun sistemini zəiflədir və bu vəziyyət 72 saat davam edir. Əgər bərpa olunmaya yetərincə vaxt ayırmırsınız isə siz fitnesdən xeyirdən çox ziyan əldə edə bilərsiniz.

7. Yarımfabrikatlar
Bəzən yarımfabrikat yemək məcburiyyətinizdə qalsanız da bunu adət halına gətirmək də lazım deyil. Yarımfabrikatlarda natriy çoxluq təşkil edir. Bu səbəbdən yarımfabrikat aldığınız zaman üzərini diqqətli oxuyun.

8. Səhv ayaqqabı
Düzgün seçilməyən ayaqqabı nəinki ayağınızda ağrılar yarada bilər, həmçinin ayaq bədənin əsas hissəsi olduğu üçün bir çox problemlərə səbəb ola bilər. Əgər siz günün əksər saatlarında gəzirsiniz isə rahat ayaqqabı seçin.

9. Dartmanın unudulması
University of Rochester Medical Center qeyd edir ki, dartma edəcəyiniz məşqləri tamamlayır və ola biləcək zədələrdən nisbətən qoruyur. Səhər tezdən edilən dartma hərəkətləri sizin bədəninizi gündəlik rejimə hazırlayır, qan dövranını yaxşılaşdırır və elastikliyinizi artırır.

10. Yetərli suyun qəbul edilməsi
Su sizin dərinizi nəmli saxlayır, oksigeni qanla bütün orqanlara yayır, bədəninizdən toksinləri çıxardır, orqanizminizi qoruyur. Gündə səkkiz su stəkanı su içməlisiniz sözünü yəgin eşitmisiniz və bu belədir. Yetərli gündəlik su qəbulu sizin mənəvi və fiziki rahatlığınızı təmin edəcək.

11. Günəşə qarşı kremlərdən istifadə etməmək
Hətta dumanlı havada belə UBŞ dəri xərçənginə gətirib çıxarda bilər. Hər gün günəşə qarşı yağlardan istifadə edə bilməsəniz də, xüsusi günəş şualarından qoruyan nəmləndirici kremlərdən il boyu istifadə etməlisiniz.

12. Prezervativdən istifadə etməmək
Əgər hətta qadın hamiləliyə qarşı dərman preparatları qəbul edirsə də prezervativdən istifadə etməyi unutmayın. Hamiləlik sizin tək dərdiniz deyil. Xlamidioz və qonoreya kimi venerik xəstəliklərdən qorunmanı təmin etmiş olursunuz. QİÇS isə öz yerində

13. Çoxlu kofe qəbulu
Əlbəttə kofe insanı gümrah saxlayır, idmanda dözümlülüyü artırır, antioksidantlarla təmin edir. Lakin həddindən artıq çox kofe içmək ziyandır. Mayo Clinic Proceedings qeyd edir ki, həftədə 28 fincan qəhvə içən kişilərdə müxtəlif səbəblərdən ölüm ehtimalı 56% artır.

14. Trenajor zalında xüsusi kəmərlər və ya bağlamalar
Əgər sizin zədəniz varsa və həkim sizə xüsusi kəmər və ya bilək və ya diz bağlamalarından istifadə etməyi məsləhət görürsə bunu daim istifadə etmək lazım deyil. Əks halda qeyd edilənlər qoruduqları yerlədəki əzələləri zəiflədəcək və zədədən sonra yenə zədə almaq ehtimalını artıracaq.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın