Home / QADINLAR  / Kurort sevgi macərası – istirahəti həzz alaraq necə keçirtmək olar

Kurort sevgi macərası – istirahəti həzz alaraq necə keçirtmək olar

Bir neçə qaydaları öyrənmiş olsanız dünyanın istənilən yerində istirahətinizi həzz alaraq keçirdə bilərsiniz. Beləliklə, unutmayın ki, bir çox tək istirahət edən kişilər və qadınlar heç də kurort sevgi macərasına qarşı deyildirlər. Son araşdırmalara əsasən tək

Nəriman Qəmbərov
Bir neçə qaydaları öyrənmiş olsanız dünyanın istənilən yerində istirahətinizi həzz alaraq keçirdə bilərsiniz. Beləliklə, unutmayın ki, bir çox tək istirahət edən kişilər və qadınlar heç də kurort sevgi macərasına qarşı deyildirlər. Son araşdırmalara əsasən tək istirahət edən qadından 9-u kurort sevgi macərasına qarşı deyillər. Bu səbəbdən hərəkətə keçin.

Qadının başına macəra axtardığını onun hərəkətlərindən bilmək olar:

* kurorta tək və ya xanım dostu ilə gəlib
* açıq-saçıq geyimlərdə gəzir, dəniz qırağında belə hündür dabanlardan istifadə edir
* bir gecə klubundan digərinə gedir
* bütün zarafatlarınıza gülür, bəzən gülməli olmasa da
* saçlarını tez-tez qırağa atırsa, dodaqlarını yeyirsə və sair.

Tanışlıq üçün sakit bir parkda oturacaq ola bilər, lakin əmin olun ki, tanış olmaq istədiyiniz qadının əri dondurma dalınca getməmişdir.

Tanışlıq üçün isə ideal yer gecə klubudur. Burda hər kəs kimin nə dalınca gəldiyini bilir. Üstəlik əgər siz kurorta dostlarınız ilə gəlmisiniz isə bir qrup qızlarla tanış olmaq imkanı daha çoxdur. Kollektiv şəkildə həyacan daha az olur.

Düzdü çimərlikdə də tanış olmaq olar. Lakin ilk dəfədən belini kremlə sürtməyi təklif etməyin. Voleybol oynamağı təklif edə bilərsiniz, barda sərin içki təklif edə bilərsiniz. Tanışlıq üçün ideal yer tennis kortu və ya müxtəlif ekskursiyalar ola bilər. Bu zaman danışmaq üçün ortaq mövzularınız olacaqdır.

Ümumiyyətlə vəziyyətdən asılı olaraq tanışlıq yerləri və növləri müxtəlif ola bilər. Kurortda siz siz deyilsiniz. Özünüzə obraz seçin və tanışlıq üçün can atın. Unutmayın ki, fürsət çox olsa da, zamanınız məhdutdur.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın