Home / SAĞLAMLIQ  / Qasıq zədəsi zamanı ilkin yardım

Qasıq zədəsi zamanı ilkin yardım

Əgər siz ömrünüzdə heç olmasa bir dəfə futbola baxmısınız isə, görmüş olarsınız ki, hakim cərimə zərbəsi təyin etdikdə müdafiədə duran futbolçular qasıqlarının üstünü əlləri ilə örtürlər. Bunda təəccüblənəcək bir şey yoxdur, qasıq kişi bədəninin ən

Qasıq zədəsi
Əgər siz ömrünüzdə heç olmasa bir dəfə futbola baxmısınız isə, görmüş olarsınız ki, hakim cərimə zərbəsi təyin etdikdə müdafiədə duran futbolçular qasıqlarının üstünü əlləri ilə örtürlər. Bunda təəccüblənəcək bir şey yoxdur, qasıq kişi bədəninin ən həssas hissəsidir. Aldığınız qasıq zədələri pis nəticələrlə də qurtara bilər.

İnsan orqanizmində ağrı müdafiə siqnalı rolunu oynayır. Lakin heç də hər yerin ağrısı eyni olmur. Misal üçün, dirsəyiniz masaya dəyirsə siz sadəcə üzünüzü əzirsiniz isə, qarnınızın aşağı hissəsinə gələn zərbə isə sizi ikiqat qatlanmağa məcbur edir. Məsələ ondadır ki, qasıq nahiyəsi nəsil artımı məsələlərinə cavabdeh olduğundan beyində bir çox bədən hissələrindən üstün hesab olunur. Bu səbəbədən qasıq nahiyəsində çoxlu sinir damarları vardır ki, hər hansı bir təhlükə zamanı dərhal beyinə siqnal gedir.

Bundan başqa kəskin ağrılara səbəb cinsi orqanın kravenalı hissədən ibarət olmasıdır. Kravenalı ereksiya zamanı qanla dolur, burada qan dövranı barmaqdan 150 dəfə sürətlidir. Zərbə zamanı orqanizm dərhal orda şiş yaradaraq qan damarlarını sıxır ki, qanaxmanın qarşısı alınsın və nəticədə hiss elədiyimiz ağrılar güclü olur.

Zərbələr

Cinsi orqanın ən çox yayılmış zədəsi zərbədir. Əsas zərbələr idmanda baş tutur – velosiped, güləş, futbol. Beləki, əgər siz bu idman növlərini sevirisiniz isə xüsusi qasığı qoruyan balıqqulağından istifadə etməyi unutmayın.

Gizli zərbə – ən cüzi zədələrdən hesab olunur. Zərbənin gücündən asılı olaraq ağrı hissləri 10-15 dəqiqənin yekununda sakitləşir. Uşaqlıqdan hamı bilir ki, kiçik zərbədən sonra dabanlar üzərində tullanmaq lazımdır. Beləki, ayaqaltı və dabanların qasıq nahiyəsi ilə bir başa əlqəsi var və onlar keyləşdirmə xüsusiyyətinə malikdirlər.

Yox əgər zərbə güclü alınıbsa və zülal örtüyünü cırıbsa bu zaman dabanlar üzərində tullanmaq sizə kömək olmayacaq. Ağrı getdikcə artacaq, cinsi orqana qan yığılacaq. Bu hələ ən qorxulusu deyil, kravenalı hissəciklərdə qırıla bilər.

Daxili qanaxma yüksək olacaq və 15 dəqiqəyə cisi orqana yarımlitrə qədər qan yığılacaq. Dərhal təcili yardım çağırmaq lazımdır. Təcili yardım gələnə qədər penisi qarnınıza qaldırıb bağlamalısınız və soyuq buz qoymalısınız. Yayda buzu 2 saata yaxın saxlamaq olar, qışda 45-50 dəqiqə. Əgər təcili yardım gecikirsə 15-20 dəqiqə fasilə ilə soyuq kompresi təkrarlaya bilərsiniz. Həkimə getdiyiniz zaman bu halda uroloqa müraciət etməlisiniz. Bir çoxları cərrah və androloqlara müraciət etsələr də, bu səhv addımdır. Heç bir maz sizə kömək etməyəcək, ağrıkəsici qəbul etmək olar.

Yaralar

Təəssüflər olsun ki, zərbələrlə cinsi orqanın zədələri yekunlaşmır. Burada müxtəlif səbəblərdən yaralar da baş verə bilər. Bu zaman xarici qanaxma baş verir, ağrılar olur. Əgər yara ciddidirsə gecikmiş yardım ölümə belə gətirə bilər. Həmçinin yaranın həcmindən asılı olaraq, gecikmiş yardım cinsi orqanın amputasiyasına belə gətirib çıxarda bilər. Bu səbəbdən ilkin yardım haqqında məlumatlı olmağınız yaxşıdır.

İlk olaraq orqanın üzərinə steril sarğı qoyulmalıdır. Qanaxmanın qarşısını almaq üçün başa doğru dəsmal, hamam xalatının ipi və ya sadəcə iplə bağlanmalıdır. Əgər imkan varsa yaranı peroksid ilə təmizləmək lazımdır. Qan axını pozulmasın deyə qışda hər yarımsaat, yayda isə hər saat bağladığınız ipi və s. açmalısınız. Təcili yardım gələnə kimi ağrıkəsici için və yaranı soyuq saxlayın.

Yanığlar

Cinsi orqan yanığı o qədər də tez rastlaşan zədə olmasa da, kişilərin başına gələn hadisədir. Heçkim çayın və ya qaynar suyun üzərinə dağılmasından sığortalanmamışdır. Əgər yansanız ilk öncə təcili yardımı çağırmaq lazımdır. Cinsi orqanın istənilən cüzi yanığı xəstaxanaya müraciət etməyin səbəbidir. Lakin təcili yardım gələnə kimi ilkin yardımı etməyi bacarmaq lazımdır.

Birinci (qızarma) və ya ikinici (suluqlama) dərəcəli yanğınlar zamanı orqanı soyutmağa çalışın. Bunun üçün vannada oturub orqanınızı axan sərin suyun altında saxlamalısınız. Vanna yoxdursa istənilən qabın köməyi ilə eyni effekti verə bilərsiniz. Əgər yanığ üçüncü dərəcəlidirsə bu zaman suluqlamış hissələr partlamış olur ki, onların üzərinə birbaşa su tökmək infeksiyanın düşməsinə gətirib çıxarda bilər. Yalnız üzərini təmiz dəsmalla örtüb buz və ya digər bərk soyuq alətlərlə soyuda bilərsiniz. Əgər orqana sintetik geyiminiz yapışıbsa bu zaman onu özbaşına dəridən ayırmaq olmaz, yalnız stasionar şəraitdə bu proses olunmalıdır. Əgər parça yapışmayıbsa bu zaman onu əyninizdən çıxartmağa çalışın.

Həmçinin yanğın zamanı istənilən məlhəm və ya yağlardan istifadə qadağandır. Bu vasitələr dərinin üstünü örtərək onu soyumağa qoymur. Əgər yara dərindirsə nəticəsi sonsuzluq ola bilər.

Kiçik sən üçün təhlükəli idman növləri aşağıdakılardır:
1. Velosiped
2. Karate
3. Kikboks
4. Futbol
5. Reqbi

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın