Home / QİDA  / Badımcanın faydaları və reseptlər

Badımcanın faydaları və reseptlər

Bugün saytımız sizlərə bir çoxlarının sevdiyi tərəvəz olan badımcandan söz açacaq. Xüsusən də yay mövsümündə çoxlu istifadə olan badımcanın faydalarından danışacaq, bir neçə reseptləri sizə təqdim edəcəyik. Badımcanın faydaları: 1. Kalorisi az olduğuna görə arıq qalmaq istəyənlər

badimcan
Bugün saytımız sizlərə bir çoxlarının sevdiyi tərəvəz olan badımcandan söz açacaq. Xüsusən də yay mövsümündə çoxlu istifadə olan badımcanın faydalarından danışacaq, bir neçə reseptləri sizə təqdim edəcəyik.

Badımcanın faydaları:

1. Kalorisi az olduğuna görə arıq qalmaq istəyənlər üçün ən münasib tərəvəzdir.
2. Badımcanı tam yetişmiş şəkildə yemək lazımdır. Belə ki, yetişməmiş badımcan çox acı olur. Badımcan yumşaltma xüsusiyyətinə malikdir.
3. Badımcanın tərkibində dəmir olduğu üçün qan azlığını aradan qaldırar.
4. İltihabı aradan qaldırması üçün badımcanı həmin üzvün üzərinə qoymaq olar.
5. Badımcan zəhərli göbələk üçün ən münasib əks-zəhərdir.
6. Badımcan insanı ürək infarktından qoruyar.
7. Badımcan qəbizliyi aradan qaldırar.
8. Badımcanın yarpağını və qara dərisini qaynatsanız, ishala kömək edər.
9. Badımcanın kökünü qaynadan zaman astma xəstəliyinə çox yardım edər.
10. Badımcan mədə tonikidir.
11. Badımcana duz vuran zaman ondan ayrılan sarı su əl və ayaq tərləmələri üçün faydalıdır.
12. Əgər badımcanı yandırsanız və sirkə ilə qarışdırsanız ziyil üçün ən yaxşı dərman olar.
13. Badımcandan sümük sınıqlarının ağrısını azaltmaq üçün istifadə edə bilərsiniz. Badımcanı elektrik sobasına qoyun və yarım bişmiş halda suyunu sıxın. Sonra həmin suya bir qədər qəhvə şəkəri əlavə edib için.

Badımcanı bişirməmişdən qabaq onun acı suyunu çıxardın və sonra bişirin. Göz xəstələri yaxşı olar ki, badımcanı ətlə və ya sirkə ilə bişirsinlər. Çünki əks halda xəstəliklərini kəskinləşdirə bilər.

Mövsümün ləziz yeməyi pendirli sousda qızardılmış badımcan.

Lazımdır: 1 ədəd badımcan, 1 ədəd soğan, 1 ədəd bolqar bibəri, 2-3 ədəd pomidor, 1 diş sarımsaq, zeytun yağı, 50 qram pendir, duz, istiot.

Tomat sousu üçün: 1 banka tomat(400 qram), 1 ədəd soğan, 1 diş sarımsaq, zeytun yağı, duz, istiot

Pendirli sous üçün: 1 x/q un, 300-400 ml süd (südün yarısını tərəvəzli bulyonla da əvəz edə bilərsiz), 150 qram pendir, 50 qram kərə yağı

Hazırlanma qaydası: Badımcanı yuyub xırda-xırda doğrayın. Üzərinə duz səpib, 20 dəqiqə ərzində saxlayın. Daha sonra badımcanı süzgəcdən keçirin. Bolqar bibərini yuyub tumlarını çıxararın və yarımhalqa şəklində doğrayın.Sarımsağı təmizləyib xırdalayın. Soğanı doğrayıb üzərinə duz səpərək yağda qovurun. Soğanın üzərinə sarımsağı əlavə edib qızarana qədər bişirin. Sonra qızarmış soğanla sarımsağı boşqaba tökün. Tavaya bir az yağ töküb doğranılmış badımcanları həmin yağda 5-7 dəqiqə ərzində bişirin. Üzərinə duz səpin. Qızardılmış badımcanları tavadan götürüb həmin boşqaba qoyun. Tavaya bolqar bibərini töküb bişirin. Sonra bişmiş bolqar bibərini tavadan götürüb boşqabdakı badımcanın üzərinə əlavə edərək yaxşıca qarışdırın.

Tomat sousu hazırlamaq üçün: Soğanı xırda-xırda doğrayıb tavada bitki yağında qovurun. Üzərinə duz səpməyi unutmayın. Daha sonra tomatı əlavə edib qarışdıraraq 10-15 dəqiqə ərzində zəif odda bişirin. Bişməyinə 3-5 dəqiqə qalmış əzilmiş sarımsaq əlavə edib qarışdırın. Zövgə görə üzərinə duz, şəkər tozu, reyhan və yeni döyülmüş istiot da tökə bilərsiz.

Pendirli sous hazırlamaq üşün: Tavaya kərə yağını töküb zəif odda əridin. Sonra üzərinə un əlavə edərək istilədin. Daha sonra üzərinə ilıq süd töküb qarışdırın. Sous qatılaşana qədər zəif odda bişirin. Daha sonra sousun üzərinə sürtkəcdən keçirilmiş pendir əlavə edib bişirin.

Soba qabının içinə nazik dilimlərlə doğranılmış pomidorları qoyub üzərinə duz səpin və tərəvəzləri düzün. Üzərinə hazırladığınız pendirli sousu töküb, sürtkəcdən keçirilən pendir də əlavə edə bilərsiz. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə ərzində bişirin.

Süfrəyə verərkən üzərinə tomat sousu əlavə edib reyhanla bəzəyin.

Badımcan sırdağı

Lazımdır: 3 ədəd badımcan, 2 ədəd pomidor, 2 diş sarımsaq, 50ml su, zeytun yağı, duz, istiot.

Hazırlanması: Badımcan doğranılıb duzlanıb sıxılır. Sıxıldıqdan sonra yağda qızardılır.(yağı bol olmalıdır). Pomidor fal fal doğranılıb üzərinə düzülür. Sarımsaq da fal fal doğranılıb üzərinə düzülür. 50ml su əlavə edilib dəmə qoyulur və yeməyimiz hazırdır.

Közlənmiş badımcan salatı

Lazımdır: badımcan 6 ədəd, pomidor 6 ədəd, soğan 1 ədəd, sarımsaq 1 diş, cəfəri, duz, istiot.

Hazırlanması: Əvvəlcə pomidor və badımcanları qazın üstünde közlədirik və közlədikdən sonra soyudub qabığlarını soyuruq. Sonra sıra ilə hamısını doğrayırıq və qatışdırırıq. Nuş olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın