Home / QADINLAR  / Qadını toxunuşlarla özünüzə cəzb edin

Qadını toxunuşlarla özünüzə cəzb edin

İstənilən insana toxunuş müxtəlif hisslər oyadır. Qadına toxunaraq siz onda illər boyu formalaşmış instinkti oyatmış olursunuz. Müasir qadınlar öz emosiyalarını, davranışlarını, dedikləri sözləri yaxşı idarə edə bilirlər. Lakin qadına toxunaraq siz onun bədəninə təsir edirsiniz ki,

qadına toxunuş
İstənilən insana toxunuş müxtəlif hisslər oyadır. Qadına toxunaraq siz onda illər boyu formalaşmış instinkti oyatmış olursunuz.

Müasir qadınlar öz emosiyalarını, davranışlarını, dedikləri sözləri yaxşı idarə edə bilirlər. Lakin qadına toxunaraq siz onun bədəninə təsir edirsiniz ki, onun qadın instinkti oyanır.

Qadın yalnız inandığı kişilərə toxunur. Tanımadığımız insanlarla biz az təmasda oluruq, bilmədən toxunduğumuz zaman dərhal geriyə çəkilirik. Qadın çətin ilk sizə toxunan tərəf olsun. Siz özünüz ilk addımı atmalısınız. Bunu doğru etsəniz istədiyiniz nəticəni ala bilərsiniz.

Sizin əlləriniz isti, təmiz və yaxşı olar ki, manikür olunmuş olmalıdır. Tanışlıq zamanı siz ona toxunmalısınız. Bunu necə etmək lazımdır? İlk toxunuş üçün əllə görüşə bilərsiniz. Qarşılıqlı gülümsəmələr bu halda ilk simpatiyanın olmasına işarədir.

Qadına ehtiyatla toxunmaq lazımdır. Söhbətdən bir neçə müddət keçdikdən sonra çalışın ona toxunasınız. Səbəb istənilən ola bilər: avtobusdan düşən zaman əlinizi uzada bilərsiniz, yolu keçən zaman əlindən tuta bilərsiniz, dondurma almaq, diqqətini nəyəsə cəlb etmək üçün çiynindən astaca vura bilərsiniz, söhbət zamanı dirsəyiniz ilə toxuna bilərsiniz, üzərində görmədiyi kənar tozu götürə bilərsiniz. Əgər qadın bu hərəkətlərinizdən sonra özünü uzaqlaşdırmırsa bu müsbət işarədir.

Siz özünüz qadının sizə olan münasibətini yoxlaya bilərsiniz. Xahiş edin sizin əlinizdən tutsun. Əgər qadın əlini yuxarıdan verirsə bu zaman o, münasibətlərdə dominant olmağın tərəfdaşıdır. Yox əgər aşağıdan əlini uzadırsa bu zaman onun sevgiyə və qorunmağa ehtiyacı vardır. Qadın sizə əlinin içi yuxarı verməlidir, siz isə əliniz içi aşağı əlinizi uzadaraq, gücünüzü göstərə bilməlisiniz. Bu qadınların xoşuna gəlir.

Belə toxunuşları daima yerinə yetirin. Dərhal qadının üstünə hücum etmək olmaz. Görüşün uzunluğundan asılı olaraq, hər görüşdə 5-10 dəfə qadına toxuna bilərsiniz. Onun bədəni sizin toxunuşlara öyrəşməlidir.

İlk bir-iki görüşdə sosial toxunuşlara üstünlük verin. Sonra daha “ürəkli” olun. Əgər siz artıq öpüşmüşsünüz isə artıq qucaqlaya bilərsiniz. Gəzərkən belindən tuta, hərdən daha aşağı gedə bilərsiniz. Lakin unutmayın ki, bəzi qadınlara öyrəşmək üçün daha çox zaman lazımdır. Əks reaksiya görsəniz özüvüzü “sanki bilmədən oldu” yerinə qoyun.

Əgər qadın artıq üçüncü görüşdən sonra əlini tutmağa icazə vermirsə bu qadın sizlik deyil. Qadın yaxınlıq etmək istəmir və münasibətlər çox güman ki, prepekstivsizdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın