Home / İDMAN  / Daxili qarın əzələlərinin məşqi

Daxili qarın əzələlərinin məşqi

Relyefli pres arzusundasınız? Onda daxili qarın əzələlərinin əsaslı məşqlərinə hazır olun! İDOL.AZ sizlərə ən əsas məşqləri təqdim edəcək. Qarın əzələləri: anatomiya Qarnın uzunluğu boyu qasıq sümüyündən başlayaraq uzun əzələ keçir. Qarnın ön, yan və az-az sinə hissəsini

amir ishtiaque
Relyefli pres arzusundasınız? Onda daxili qarın əzələlərinin əsaslı məşqlərinə hazır olun! İDOL.AZ sizlərə ən əsas məşqləri təqdim edəcək.

Qarın əzələləri: anatomiya

Qarnın uzunluğu boyu qasıq sümüyündən başlayaraq uzun əzələ keçir. Qarnın ön, yan və az-az sinə hissəsini əyri əzələ əhatə edir ki, bu əzələ qarın nahiyəsinin ən enli əzələsi hesab olunur. Daha aşağı hissələrdə daxili əyri əzələ yerləşir ki, presin ikinci əzələ qatı hesab olunur. Onun altından anatomik olan qarnın enli əzələsi keçir. Bu əzələ qarın boşluğunun həcmini azaldır, qabırğaları dartır.

Qarın əzələlərini necə məşq etdirmək olar?

Əgər daxili qarın əzələlərini məşq elətdirmisiniz isə bu zaman onlar zəif olub daxili orqanları yığa bilmədikləri üçün, qarnınız yumru olur. Bu insana diskomfort yaradır və bir çox kişilər müxtəlif məşqlərə baş vuraraq bundan azad olmaq istəyirlər. Hansı əzələ üstündə daha aktiv işləmək lazımdır? İlk olaraq bu düz qarın əzələsidir. Bir çox məşqlər məhz bu əzələ üstündə durur. Bu əzələ “kubiklərə” bölünür ki, bunu bütün kişilər arzulayır.

Xarici qarnın əyri əzələsini inkişaf etdirmək üçün müxtəlif yanlara əyilmələr və çönmələr yerinə yetirməlisiniz. Lakin bilin ki, bu əzələ üzərində aktiv işləməklə belinizin böyüməsinə səbəb ola bilərsiniz.

Dartınmış qarına necə nail olmaq olar?

Əgər siz kubiklərlə yanaşı dartınmış və relyef qarına sahib olmaq istəyirsiniz isə daxili qarın əzələləri üzərində əlavə işləməlisiniz. Məhz onların köməyi ilə əzələ karkası yaranır və bədəniniz idmançı görkəmini əldə edir.

Daxili qarın əzələlərinin məşqi öz statikası ilə xarici qarın əzələ məşqlərindən fərqlənirlər. Bu səbəbdən siz ilk olaraq onları hiss eləməyi çalışmalısınız və gərginliyi bacardığınız qədər saxlamalısınız.

“Qarında vakuum” məşqi

İlkin vəziyyət: yerə uzanın ayaqlarınız dizlərinizdən qatlanmış, əlləriniz yanlarda. Ciyərlərinizdən havanı boşaldın və qarnınızı dartın. Bu vəziyyətdə bacardığınız qədər qalın və təkrarlayın. Çalışın qarnınızı məhz nəfəsinizi buraxanda yığasınız. Daha sonra oturaraq və ayaqüstə də məşq edə bilərisiniz.

“Lövhə” məşqi

İlkin vəziyyət: qarnınız üzərinə uzanın. Dirsəkləriniz, dizləriniz və ayaq barmaqlarınızın üstündə qalxın. Qarın, korpus və yan əzələlərinizi gərgin saxlayaraq dizlərinizi yerdən götürün düz “lövhə” vəziyyətində 10 saniyə qalın. Bacardığınız qədər bunu təkrarlayın, 10 saniyə gərginliyi saxladıqdan sonra 2 saniyə istirahət və təkrar.

Yaxşı olar ki, siz daxili qarın əzələlərinizi səhər məşqində edəsiniz. Gündəlik 5 dəqiqəlik məşq nəticələri gözlətməyəcək. Lakin unutmayın ki, heç bir pres məşqi sizin qarın nahiyənizdəki piyləri əridə bilməz. Bunun üçün siz ilk öncə yağları əridəcək kompleks məşqlərdən keçməlisiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın