Home / SAĞLAMLIQ  / Həmişə cavan: yaşlanmaqdan qaçmağın TOP-5 üsulu

Həmişə cavan: yaşlanmaqdan qaçmağın TOP-5 üsulu

Əgər sizin orqanizminiz yaşlaşdıqca dağılmağa başlamışdırsa, onu yaşlanmaqdan qorumaq realdır. Bunun üçün sizə sadəcə lazımdır

cavan qalmaq
Əgər sizin orqanizminiz yaşlaşdıqca dağılmağa başlamışdırsa, onu yaşlanmaqdan qorumaq realdır. Bunun üçün sizə sadəcə lazımdır…

Dəri

Ultrafiolet şualar altında çox qalmaq dəri yaşlanmasının əsas səbəblərindən biridir. Günəş vannalarını çox qəbul etməyin, solariy isə qəti qadağandır. Alimlər iddi edirlər ki, solariy zamanı bədəndə qəhvəyi ləkələr əmələ gəlir ki, melanoma adlanır. Süni ultrafiolet şuaları dəri xərçənginin yaranması ehtimalını 75% artır, günəş altında isə yalnız günəşə qarşı kremlərdən istifadə edərək uzanmaq olar.

Oynaqlar

Əsasən bu idmançı və aktiv həyat tərzi aparanlara aiddir. Onların oynaqları (diz və çanaq) məşqdən sonra və ya məşq zamanı ağrıyır. Məşq etmədikləri zaman narahat etmir.

Bu hallar sizdə rast gəlinir? Deməli, siz osteoartroz xəstəliyinə tutula bilərsiniz. Proses mexanizmi: illərlə ximircək hüceyrələri daha yavaş bərpa olunurlar. Bu səbəbdən oynaqlar ağrımağa başlayır. Bununla mübarizə aparmaq olar. Çömbəlmə məşqləri zaman ştanqanın çəkisini azaldın. Qoruyucu dizliklərdən istifadə edin. Artıq çəkidən azad olun. Əgər bu xəstəlik artıq sizi tapıbsa xüsusi müalicəvi prosedurlardan keçməlisiniz ki, 12 həftəlik bu prosedurlar ağrıları 46% azaldırlar.

Görmə qabiliyyəti

Qaranlıqda artıq pis görməyə başlamısınız? Təbrik edirik: siz uzağı pis görməyə başlamısınız. Səbəb yaşlaşdıqca qaş əzələsinin zəifləməsi, göz suyunun qatılaşmasıdır. Heç bir göz gimnastikası sizə kömək etməyəcək, hətta bəzi alimlər bunun ziyan olduğunu iddia edirlər. Harvard Universitetinin alimləri bundan qorunmaq üçün kompüter qarşısında az oturmağı məsləhət bilirlər. Əgər sizin işiniz birbaşa kompüterlə əlaqəlidirsə, bu zaman şriftlərin böyüdülməsi məsləhət bilinir. Şriftin 2,8 dəfə artırılması gözə düşən gücü 8% azaldır.

Əzələlər

20-30 yaşlarında sizin əzələləriniz gah inkişaf edir, gah da dağılır. Bəzən düzgün qidalanmamaq səbəbi ilə piy qatı ilə əhatə olunur. Lakin 30 yaşdan sonra anabolizmin yerinə katabolizm gəlir. Zamanla siz zəifləyirsiniz. Gendən, qidalanmaqdan, həyat tərzinindən asılı olaraq hər 10 ildən bir katabolizm 10-15% əzələnizi yeyir. Nəticədə artıq 50 yaşınızda siz supermarketdən evə bazarlığı gətirə bilməyəcəksiniz.

Əzələ itkisini bilmək çətindir. Piy qatları zamanla asanlıqla əzələləri əvəz edir. Lakin bunun olmaması üçün güc məşqləri yerinə yetirmək lazımdır. Həmçinin zülal yaşlaşdıqca daha çətin həzm olunur. Bunun üçün çoxlu süd məhsulları qəbul edilməlidir.

Eşitmə qabiliyyəti

Yaxşı eşitməmək xüsusiyyəti qocalıqda yaranan bir faktdır. Bu müxtəlif tezliklərin çətinliyi ilə başa salınır və nəticədə eşidən tərəf tam aydın tərəfdaşını eşidə bilmir. Səbəb – qulaq tüklərinin ölməsidir. Lakin diskotekalar və güclü musiqiyə qulaq asaraq bu prosesi tezləşdirmək olar. Bundan qorunmaq üçün musiqiyə qulaqcıqlarla az qulaq asmaq lazımdır. Musiqiyə tam yüksək səsdə deyil, 80% səsdə qulaq asmaq lazımdır. Ardıcıl yarımsaat yüksək səslə musiqiyə qulaq asmaq fatal nəticələr verə bilər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın