Home / QİDA  / Keşnişin kişi orqanizminə xeyiri

Keşnişin kişi orqanizminə xeyiri

Qədim zamanlardan keşniş orqanizmə xeyiri ilə tanınmışdır. Hər bir insan həyatında bir dəfə də olsa keşnişin dadına baxmışdır. Beləki asiyalıların yosun salatında, koreyalıların kök xörəyində, müxtəlif ət xörəklərində və əlbəttə ki, kababda keşniş istifadə olunur. Keşniş

keşniş
Qədim zamanlardan keşniş orqanizmə xeyiri ilə tanınmışdır. Hər bir insan həyatında bir dəfə də olsa keşnişin dadına baxmışdır. Beləki asiyalıların yosun salatında, koreyalıların kök xörəyində, müxtəlif ət xörəklərində və əlbəttə ki, kababda keşniş istifadə olunur.

Keşniş xörəyə əlavə olunmaqla yanaşı, insan sağlamlığı üçün çox xeyirlidir. Şərqdə ilk əvvəllər keşnişi məhz dərman preparatı kimi istifadə edirdilər. Maraqlıdır keşnişin kişi orqanizminə nə kimi xeyiri var?

Keşnişin unikal tərkibi

Bu göyərtinin kimyəvi tərkibi unikal adlandırılmağa layiqdir. Beləki, onun tərkibində sağlamlıq üçün vacib olan vitaminlər var: beta-karotin (A provitamini), riboflavin, niasin (PP vitamini), fol turşusu. xüsusən keşniş C vitamini ilə zəngindir ki, immunitetin möhkəmliyi üçün, mövsümü xəstəliklər üçün vacibdir. K vitamininin olması sümükləri möhkəmləndirir – bu gənc və yaşlı insanlar üçün çox vacibdir. Kaliy və kalsiy ilə zəngin olan keşniş, fosfor, natriy və maqniy kimi mineralları da tərkibində cəmləyib.

Keşnişin xeyiri

İlk öncə ürəyi möhkəmləndirir, aritmiya və stenokardiyanın qarşısını alır. Antiseptikdir, ağrıkəsici xüsusiyyəti var. Qastrit və mədə xorası, mədə-bağırsaq problemlərinə müalicəvi təsiri vardır. Tərkibində çoxlu sayda yağların olması, ağır qidaların həzm olunmasına kömək olur.

Kişilərə olan xeyirinə gəldikdə isə qədim zamanlardan çinlilər keşnişi kişilərdə potensiyanın artırılması üçün istifadə edirlər. Keşnişin tərkibində olan androsteron hormonu testosterona alternativdir. Müasir həkimlər kişilərə qidada keşnişi tez-tez istifadə etməyi məsləhət bilirlər. Keşniş cinsi aktivliyi artıraraq, prostatı profilaktika edir. Keşnişin tumu alkoqolun iyini götürür, sərxoş olmağa qoymur.

Üstəlik keşniş beta-karotinin vasitəsilə görmə itiliyini qoruyur. Sistit, qlomeruloneftit və sidik daşına xeyirdir. Yaşlı insanlarda Alsqeymer xəstəliyinin qarşısını alır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın