Home / BİZNES  / Bizlər niyə 8 saat işləyirik

Bizlər niyə 8 saat işləyirik

Biz o qədər gündəlik 8 saat və həftəlik 40 saatlıq iş rejiminə öyrəşmişik ki, 8 saatlıq iş rejiminin səbəbləri barəsində heç düşünmürük. Bu mövzuda bir çox əfsanələr və tarixçələr vardır. Həqiqətə yaxın olan isə dülgər Samuel

iş saatı
Biz o qədər gündəlik 8 saat və həftəlik 40 saatlıq iş rejiminə öyrəşmişik ki, 8 saatlıq iş rejiminin səbəbləri barəsində heç düşünmürük.

Bu mövzuda bir çox əfsanələr və tarixçələr vardır. Həqiqətə yaxın olan isə dülgər Samuel Parnellanın tarixçəsidir.

Parnella 8 fevral 1840-cı ildə Yeni Zenlandiyaya köç edir. Yaxşı mütəxəssis olduğu üçün tez bir zamanda iş tapır. Rəhbərliklə ilk gündən 8 saatlıq iş rejimi barəsində şərtləşən Parnella, bunu belə anlatmışdır: “Bir sutkada 24 saat var, bunun 8 saatını işə, 8 saatını istirahətə və 8 saatını istirahətə ayırıram. Üstəlik Londonla müqayisədə burada mütəxəssislər azlıq təşkil edir.”. Lakin o zamanlar insanlar 10-12 saatlıq rejimdə işləyirdilər.

Boş vaxtlarında digər dülgər və fəhlələrlə söhbət edərkən, Parnella öz konsepsiyasını onlara başa salırdı. Nəticədə fəhlələr artıq 10-12 saat işləməyə razı olmurdular.

«888» sxeması ilk öncə Yeni Zenlandiyanı, 1840-ci ilin sonlarında isə artıq Avstraliyanı fəth etmişdir.

Müasir alimlər 8 saatlıq iş rejiminin özünü doğrultmadığını deyirlər. Onların fikrincə avtomatlaşdırma iş saatlarının kiçilməsinə gətirib çıxartmalıdır.

Üstəlik bizlər işdə tam 9 saat keçiririk, axı 1 saat nahara vaxt ayrılır. Ofisə gedib gəlməyi hesablasaq, işə bizim 10-11 saat sutkada vaxtımız gedir!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın