Home / QİDA  / Qatığın insana xeyiri və evdə hazırlanması

Qatığın insana xeyiri və evdə hazırlanması

Qatıq mədədə öz-özünə həzm olunan yeganə qida maddəsidir. Bundan başqa, qatıq vərəm və Sibir yarası istisna olmaqla tif, paratif, difteriya, dizenteriya, xolera, tuberkulyoz kimi 22 xəstəliyin mikrobunu məhv edə bilir. Qatığın ilk dəfə necə hazırlanması ilə

qatıq
Qatıq mədədə öz-özünə həzm olunan yeganə qida maddəsidir. Bundan başqa, qatıq vərəm və Sibir yarası istisna olmaqla tif, paratif, difteriya, dizenteriya, xolera, tuberkulyoz kimi 22 xəstəliyin mikrobunu məhv edə bilir.

Qatığın ilk dəfə necə hazırlanması ilə bağlı kifayət qədər məlumat olmasa da, qədim türk dilində “qatıq” sözünə ancaq VIII əsrdən sonrakı mənbələrdə rast gəlinir. Qatığın Avropada yayılması ilə bağlı ilk məlumatı isə fransız tibb tarixində rast gəlmək olar. Avropada, xüsusilə də, Amerikada qatığa “bolqar südü” adı verilmişdir. Buna səbəb isə M. Qriqorov adlı bir bolqar həkiminin XIX əsrin sonunda İsveçrənin Cenevrə şəhərində apardığı araşdırmalarda qatıqdakı “laktobacillus bulgaricus” mikrobunu kəşf etməsidir. Qatığın Avropada geniş yayılmasında rus bakterioloqu Metçnekovun irəli sürdüyü tezislər də az rol oynamamışdır. Çünki Metçnekov qatığın ömrü uzatdığını irəli sürür, buna misal olaraq Qafqaz və Balkan ölkələrindəki uzunömürlüləri göstərirdi. Qatıq Avrovada sürətlə yayıldıqdan sonra Amerikaya aparılmışdır. Asiya və Afrikada qatığın yayılması türklərin adı ilə bağlıdır. Çində qatığın mövcudluğunu isə Marko Palonun yazılarından görmək olar.

Qatıq tərkib baxımından südə çox yaxındır. Digər süd məhsullarında südün tərkibinə qatılan maddələrin miqdarından asılı olaraq dəyişiklik daha çoxdur. Südlə qatıq arasındakı fərq özünü daha çox quru maddədə və süd şəkərində (laktoza) göstərir. Bu dəyişikliklər isə əsasən südün emalı zamanı baş verir. Qatığın ümumi tərkib cədvəli belədir: Su 80-86%, quru maddə 14-20%, yağ 2-8%, protein 4-8%, süd şəkəri 2-5%, mineral maddə 0.8-1.2%, turşuluq 0.9%.

Qatığın qida dəyəri südə görə daha yüksəkdir. Mühüm protein, yağ, vitamin və mineral mənbəyidir. Fermentləşdirmə zamanı laktozanın bir hissəsi hidrolizə olduğu üçün həzmi asandır. Qatıq yuxunu yaxşılaşdırır, xolesterolu aşağı salır. Qatığı səhərdən axşama qədər günün bütün saatlarında yemək olar. Qatıq həmişə suyu ilə birlikdə yeyilməlidir. Çünki, vitaminlər daha çox qatığın suyundadır. Qatığın şəkər xəstələri üçün də faydaları çoxdur. Ancaq şəkər xəstələrinə verəcəyiniz qatıq turş olmamalı və qaymağı alınmalıdır. Səhərlər səhər yeməyindən sonra yeyilən qatıq həzmi asanlaşdırır, bağırsaqların fəaliyyətinə kömək edir. Qatıq bütün yaşlara uyğundur. Ancaq mədəsində və onikibarmaq bağırsağında yara olanlar üçün təhlükəli ola bilər. Qatıq xəstələr və xəstəlik nəticəsində zəifləmiş orqanizmlər üçün də faydalıdır. Eyni zamanda qatıq bağırsaqlarda olan təhlükəli mikrobların çoxalmalarına mane olur. Tif və islah zamanı qatıq dərman kimi tövsiyə olunur. Qatıq tuberkulozlu xəstələrə antibiotik təsiri göstərir. Eyni zamanda yoluxucu xəstəliklərin mualicəsində də olduqca əhəmiyyətlidir. Yoluxucu qara ciyər iltihabında (hepatit) və dietik müalicələrdə istifadə olunur. Bundan başqa, üzə və boyuna sürtdükdə dərini canlandırır.

Qatığın evdə hazırlanması

Lazım olanlar: 1 litr təzə süd, 1 xörək qaşığı qatıq

Hazırlanması: Südü 8-10 dəqiqə qaynadın. Sonra soyumasını gözləyin. Qatığın mayalanması üçün tələb olunan istilik 43-45 dərəcədir.

Bir neçə qaşıq südlə qatığı qarışdırın. Sonra bu qatıqlı südü mayalanacaq olan südə əlavə edin. Əgər süd qaymaq tutubsa qaymağı pozmadan ehtiyatla qarışdırın. Qazanın qapağını bağlayın, qalın dəsmalla hər tərəfini örtün. 4-5 saat qazanı tərpətməyin, dəsmalı açmayın.

Bundan sonra qazanın qapağını açın, bir saat gözlədin. Nuş olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın