Home / İDMAN  / Məşqdən öncə isinmə: TOP-8 hərəkət

Məşqdən öncə isinmə: TOP-8 hərəkət

Ən sadə isinmə hərəkətləri belə sizin məşqinizin effektini artıracaqdır. Bəs siz bu hərəkətlərin edilmə qaydasını bilirsinizmi? Sizə təqdim edəcəyimiz 8 isinmə hərəkəti sizi daha güclü və daha dözümlü edəcəkdir. №1 Dizləriniz üstündə durun və bir əliniz boynunuzun arxasında

isinmə hərəkətləri
Ən sadə isinmə hərəkətləri belə sizin məşqinizin effektini artıracaqdır. Bəs siz bu hərəkətlərin edilmə qaydasını bilirsinizmi?

Sizə təqdim edəcəyimiz 8 isinmə hərəkəti sizi daha güclü və daha dözümlü edəcəkdir.

№1

Dizləriniz üstündə durun və bir əliniz boynunuzun arxasında bir əliniz yerdə. Boynunuzun arxasında olan əlinizin dirsəyini yerə vurub geriyə qayıdın. Hər əl üçün 10 dəfə təkrarlayın.

isinmə hərəkəti_1

№2

Üzü divara durun bir ayağınızı geri aparın digərini dizdən, dabanınızı yerdən ayırmayaraq əyin. Hər ayaq üçün 5 dəfə təkrarlayın.

isinmə hərəkəti_2

№3

Kürəyinizi divara söykəyin, əllərinizi yuxarı qaldırın. Dirsəklərinizi W şəkli alana qədər qatlayın və yenidən ilkin vəziyyətə qayıdın. Hərəkəti 10 dəfə təkrarlayın.

isinmə hərəkəti_3

№4

Ayaqlarınızı çiyinlərinizdən enli açın və dizlərinizin arasına xüsusi rezin sarın. Bir ayağınızı digərinə yaxınlaşdırın və ilkin vəziyyətə qayıdın. Hər ayaq üçün 10 hərəkət.

isinmə hərəkəti_4

№5

Önə əyilin və əllərinizdə ağır olmayan qantel saxlayın. Növbə ilə ayaqlarınızı geriyə qaldırın. Hər ayağa 10 hərəkət edin.

isinmə hərəkəti_5

№6

Bu hərəkət ayaq vətərlərini isitmək üçün yaxşıdır. Hər ayaq üçün 10 çömbəlmə yerinə yetirin.

isinmə hərəkəti_6

№7

Jim – klassikadır. Jim edərəkən asta və daha dərin enməyə çalışın və presinizi gərgin saxlayın. Hər kəsin bir norması vardır.

isinmə hərəkəti_7

№8

Qol əzələlərini isitmək üçün şəkildə göstərildiyi kimi isinmə hərəkətini yerinə yetirin. Hər qol üçün minimum 10 hərəkət olmalıdır.

isinmə hərəkəti_8

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın