Home / SAĞLAMLIQ  / Payız xəstəlikləri

Payız xəstəlikləri

"Payız gəldi uçdu getdi quşlar". Əgər sizin isti ölkələrə getmək imkanınız yoxdursa payızda baş ala biləcək xəstəliklərdən qorunmağı öyrənməlisiniz. Soyuq mövsüm – dözümlülük sınağı Payızda insan orqanizm ən çox xəstəliklərə məruz qala bilir. Havanın qəflətən çönməsi, nəmişlik,

payız xəstəlikləri
“Payız gəldi uçdu getdi quşlar”. Əgər sizin isti ölkələrə getmək imkanınız yoxdursa payızda baş ala biləcək xəstəliklərdən qorunmağı öyrənməlisiniz.

Soyuq mövsüm – dözümlülük sınağı

Payızda insan orqanizm ən çox xəstəliklərə məruz qala bilir. Havanın qəflətən çönməsi, nəmişlik, külək immunitet üçün ciddi sınağa çevrilir və xroniki xəstəlikləri aktivləşdirir.

Payız xəstəlikləri: soyuqdəymə və boğaz xəstəlikləri

Payız fəslində zəifləmiş immunitet bakteriyalarla mübarizə apara bilmir. Nəticədə müxtəlif soyuqdəymələr, bronxit, farinqit, larinqit, anqina və traxeit xəstəliklərinə tutulma riski artır. Orqanizmə immuniteti qaldıran vitaminlərlə kömək etmək olar.

Qrip

Ən ciddi payız xəstəliyi qripdir ki, bundan qorunmaq üçün kütlədən uzaq olmaq, şəxsi qiqiyenanı qorumaq və immuniteti stimullaşdırmaq lazımdır.

Sistit

Havaların soyuması sistit xəstəliyinin aktivləşməsinə gətirib çıxarda bilər. Sidik kisəsinin soyuqdəyməsi nəticəsində ağrılar hiss olunur. Bundan qorunmağın ən birinci yolu havaya görə geyinmək və profilaktik müalicə almaqdır.

Ürəyin payız xəstəlikləri

Dərəcələrin qəfil dəyişməsi, atmosfer təzyiqinin artması stenokardiya, hiportanik krizis, işemiya xəstəliklərinə səbəb ola bilər. Bu xəstəliklərə meyilli olan insanlar havada çox qalmalı, damarların sağlamlığı üçün bitki çaylarından içməlidirlər.

Payız allerqiyası

Payızda açan güllərin tozu, toz gənələri, kif allerqiyaya səbəb olaur. Profilaktika üçün oturduğunuz və yaşadığınız yeri nəm əski ilə hər gün silin, allerqiyaya qarşı dərman preparatları qəbul edin.

Xora xəstəliyi

Xora xəstəliyinin sərtləşməsi yeni rejimə keçməsi, düzgün qidalanmamaq, avitaminoz, depressiya ilə əlaqədardır. Qarşısını almaq üçün pəhriz saxlamalı, qazsız mineral sular içməlisiniz.

Payız dəri xəstəlikləri

Bu xəstəliklər müxtəlif mikroorqanizmlərin nəticəsində baş verir: göbələk, viruslar. İmmunitetin zəifləməsi nəticəsində orqanizmin soyuqdəyməsi bu tip xəstəliklərə gətirib çıxarda bilir. Tez sağalmaq üçün pəhriz saxlanılmalı, yetərincə yuxu və istirahət edilməlidir, stresdən uzaq durulmalıdır.

Mövsümü hipotireoz

Payız mövsümündə qalxanvarı vəzi hormonlarının sayı azalır. Xroniki yorğunluq, əhval-ruhiyənin tez-tez dəyişməsi, mialqiya, çəki artımı, oynaqlarda ağrı. Belə problemlər yaranarsa endokrinoloqa müraciət etmək lazımdır. Profilaktika üçün dəniz məhsulları və yodlaşdırılmış duzdan çoxlu istifadə etmək lazımdır.

Əsəb sisteminin payız xəstəlikləri

Günəşli günün azalması, ultrabənövşənin çatışmamazlığı, payız çirki və nəmişliyi insanın kefini pozur. Payız mövsümü nevrozun, psixozun, yuxusuzluğunun, narahatlığın və əsəbiliyin artdığı dövrdü. Özünüzü hər şeyin yaxşı olduğuna inandırın.

Dırnaq batması

Bağlı və dar ayaqqabılarda ayaqlarda bakteriyalar və göbələk yayılır, əsas məsələ isə baş barmaq dırnağının ətin içinə uzanması olur. Bundan qaçmaq üçün ayağınıza uyğun ayaqqabı seçin, çalışın ortopedik olsun, uzanan dırnağın uclarının altına spirtsiz antiseptiklə nəmlənmiş pambıq qoyun.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın