MSN Messenger dövrü rəsmi olaraq yekunlaşır
MSN adı ilə tanınan, Microsoft tərəfindən istifadə olunan Windows Live Messenger oktyabr ayından rəsmi olaraq bağlanılacağı açıqlanıb. Cümə axşamı Microsoft-un, Windows Live istifadəçilərinə atdığı elektron məktubda servisin bağlanılacağı bildirilib. Məktubda ayrıca istifadəçilərə Skype-a keçdikləri halda, ödənişsiz
MSN adı ilə tanınan, Microsoft tərəfindən istifadə olunan Windows Live Messenger oktyabr ayından rəsmi olaraq bağlanılacağı açıqlanıb.
Cümə axşamı Microsoft-un, Windows Live istifadəçilərinə atdığı elektron məktubda servisin bağlanılacağı bildirilib. Məktubda ayrıca istifadəçilərə Skype-a keçdikləri halda, ödənişsiz istifadə imkanı veriləcəyi də qeyd olunub.
Microsoft-un Skype-ı satın almasıyla 2013-cü ildə bir çox user MSN istifadə etməyi buraxmışdı. MSN istifadəsinə davam edən Çinli istifadəçilərsə, 31 oktyabrda Skype-a köçürüləcəyi nəzərdə tutulub.
Windows Live 2009-cu ildə 330 milyona yaxın istifadəçiyə sahib olub. Lakin bu say, Skype-ın 2012-ci ildə istifadəçi sayını təxminən 300 milyon artırmasıyla azalıb. 2005-ci ildə Çinə köçən servis bu dəfə də yerli rəqibləriylə mücadilə etmək məcburiyyətində qalıb.
MSN Messenger, AIM və ICQ ilə rəqabətdə olduğuna görə 1999-cu ildə söhbət servisi olaraq xidmət göstərməyə başlayıb. Zaman keçdikcə servisə şəkil göndərmə, video görüş etmə və oyun kimi yeni xüsusiyyətlər əlavə edilib.
Microsoft-un Skype-ı 2012-ci ildə 8,5 milyard dollara satın alması, MSN üçün sonun başlanğıcı olaraq xarakterizə edilib. (webbala.com)