Home / QİDA  / Trenajorda məşq edənlərə rasiona əlavələr

Trenajorda məşq edənlərə rasiona əlavələr

Tanınmış bodibilding məşqçisi, Niyazi Hüseynov saytımızda öz bilikləri ilə bölüşüb. Onun trenajorda məşq edənlər üçün rasion əlavələrindən qeydlərini sizlərə təqdim edirik. İsti su və limon: Bu qarışığı səhər içdiyinizdə toksinləri atmağa köməkçi olar. Öd kisəsi və

su və limon
Tanınmış bodibilding məşqçisi, Niyazi Hüseynov saytımızda öz bilikləri ilə bölüşüb. Onun trenajorda məşq edənlər üçün rasion əlavələrindən qeydlərini sizlərə təqdim edirik.

İsti su və limon: Bu qarışığı səhər içdiyinizdə toksinləri atmağa köməkçi olar. Öd kisəsi və qaraciyəri hərəkətə keçirər, isti su bağırsaqların və dərinin su ehtiyacını qarşılayar.

Yaşıl yarpaqlı tərəvəzlər: İspanaq, brokoli və kərəviz kimi tərəvəzlər, yüksək nisbətdə antioksidanlar ilə (yaşlanmağı gecikdirən və ətraf çirkliliyinin təsirini azaldan vitaminlər) dərinin elastik qalmasını təmin edən C vitamini, yaraların yaxşılaşmasına köməkçi olan A vitamini və hüceyrələrin oksigeni istifadə etməsini təmin edən E vitamini ehtiva edər.

Çuğundur: Dəridəki kapilyar damarların divarlarını gücləndirməyə köməkçi olan C vitamini çuğundurda yüksək nisbətdə olur.

Kök: Bol miqdarda A vitamini ehtiva edən kök, çox yaxşı bir sızanaq dərmanı və bağırsaq təmizləyicisidir. Kök eyni zamanda sağlam dəri, saç, dırnaq və sinirlər üçün lazım olan fosforu ehtiva edər.

Alma: E vitamini və folik turşu ehtiva edən alma, dərinin aydınlaşmasını təmin edər.

Balıq: Somon, ton balığı və uskumru kimi yağlı balıqlarda olan təməl yağ turşuları (omeqa 3lər), qızarıqlığın qarşısını alıb immunitet funksiyasını dəstəkləyərək dəri sağlamlığında əhəmiyyətli rol oynayarlar. Həftədə üç dəfə yağlı balıq yemək, quruluğu və qızarıqlığı azaldaraq dərinizin təmiz qalmasını təmin edər.

Qovun: Dərinizin rəngi donuqsa, gündə bir neçə dilim qovun yemək yaxşı təsir edər. Ayrıca dirsək bölgəsindəki dəri sərtləşmə və qurumaları üçün də faydalıdır.

Zeytunyağı: Dərini hamar, nəmli və elastik bir hala gətirər. Dəridəki qızartılığı və toxuma pozulmasının qarşısını alır, dəri qurumasına və sərtləşməsinə qarşı mübarizə aparır.

Giləmeyvələr: Tut, böyürtkən, çiyələk kimi giləmeyvələr qırışıqlıqlara yaxşı təsir edir. Yaşlanmağı gecikdirmə mövzusunda ümid verən, antioksidant ehtiva edər. Ayrıca qısa zamanlı yaddaş və tarazlıq üçün də faydalıdırlar.

Düyü: Yüksək nisbətdə B vitamini və zülal ehtiva edən düyü, dərinin vaxtından əvvəl yaşlanmasının qarşısını alır. Ayrıca maddələr mübadiləsi və həzmə təsirli bir şəkildə köməkçi olaraq dərinin quruluşunu dəstəkləyər.

Qatıq: Dəriyə parlaqlıq qazandıran qatıqdakı faydalı laktobasiller, təbii floranı qoruyar.

Yulaf: Toksinlərin çölə atılmasını təmin edən yulafın ağır-ağır bişərək hazırlanması lazımdır. Yulafın ehtiva etdiyi liflər, bədən tərəfindən toksinləri filtr etməkdə istifadə edilər. Ayrıca B vitaminləri baxımından da son dərəcədə zəngindir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın