Home / QADINLAR  / Qadını xoşbəxt eləmək

Qadını xoşbəxt eləmək

Qadını xoşbəxt eləmək ilk baxışdan göründüyü kimi çətin deyildir. Qadınlar xoşlayırlar üzlərini asıb gəzsinlər, həmişə kədərli olsunlar. Siz nə etsəniz də qadın həmişə narazıdır. Bəs qadını necə xoşbəxt eləmək olar? Əgər uğurlu münasibətlər istəyirsiniz isə nəsə

nəriman qəmbərov
Qadını xoşbəxt eləmək ilk baxışdan göründüyü kimi çətin deyildir. Qadınlar xoşlayırlar üzlərini asıb gəzsinlər, həmişə kədərli olsunlar. Siz nə etsəniz də qadın həmişə narazıdır. Bəs qadını necə xoşbəxt eləmək olar?

Əgər uğurlu münasibətlər istəyirsiniz isə nəsə eləmək lazımdır. Bir çox kişilər qadınların özlərinin belə nə istədiklərini bilmədiklərini iddia edirlər. Bu anlaşılmazlığı qadınlar özləri saxlasalar da, əslində heç də belə deyildir. İstənilən qadını asanlıqla xoşbəxt eləmək olar. Bütün qadınlar fərqlidir? Bəli. Lakin bəzi baza maddələr var ki, onları yerinə yetirərək, 95% qadını xoşbəxt eləmək olar.

1. Aktiv olun

Bir çoxları münasibətlərdə əziyyət çəkmək istəmir, aktiv olmurlar. Onların yedizdirən, öpən, onlarla seks ilə məşğul olan qadınları yoxdur. Bu əlbəttə kədərlidir. Qadını kinoya, kafeyə, həyətə, teatra, matça aparın. Gül alın, şokolad, ziynət əşyaları alın. Onun istəkli olduğunu hiss edən kimi sekslə məşğul olun. Aktiv kişilər heç bir zaman tək olmurlar. Üstünlüyü ələ keçirin. Qadın xoşbəxtliyi – kişinin “niyə”, “nədən” suallara özünün cavab tapmasıdır.

2. Diqqətcil olun

Hər dəqiqə zəng edib qadını bezdirmək lazım deyil. Lakin qadın bilməlidir ki, siz onu unutmamısınız. Bu sms, zəng, sosial şəbəkələrdə mesajlar ola bilər. Görüşlər arası fasilələrdə qısa əlaqələr yaradın. Bu stabillik, əminlik və qadın xoşbəxtliyini təmin edəcək.

3. Səliqəli olun

Kişilər xoşlayırlar geyimi yerə-göyə atmaq. Lakin qadınlar uşaqlıqdan səliqəli olmağı öyrəniblər. Əgər qadın sizin tez-tez qonağınız olursa, bu zaman ən azından yatağınız və hamam-tualetiniz təmiz olmalıdır. Özünüz də səliqəli görsənməlisiniz, bunu unutmayın!

4. Yaxşı seks

Seks – münasibətlərin əsas maddələrindən biridir. Əgər kişi qadının ehtiyacını ödəyə bilmirsə, bunu onun əvəzinə başqası edəcəkdir.

5. Ona hisslərinizi bildirin

Siz artıq bir yerdəsiniz, seks, gəzməklər, tanışlıqlar. Lakin bir müddət sonra artıq qadın başqa şeylər hiss etmək istəyir. Ona onu sevdiyinizi, istədiyinizi hiss elətdirin. Qadın sizin emosiyalarınız barəsində bilməlidir, əks halda ayrılıq yaxınlaşa bilər. Qadın sevildiyini bilsə özünü xoşbəxt hiss edəcəkdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın