Home / GÖRKƏM  / Şalvarın düzgün ütlənməsi

Şalvarın düzgün ütlənməsi

Şalvarın ütlənməsində ciddi bir çətinlik yoxdur. Lakin əgər şalvar xüsusi həssas parçadan tikilibsə xüsusi texnikasız burda keçinmək olmaz. Dərəcə Ütləməyə başlamazdan əvvəl şalvarın etiketində yazılmış instruksiya ilə tanış olun. Əgər şalvar pambıq və ya kətandandırsa bu zaman

şalvarı ütləmək
Şalvarın ütlənməsində ciddi bir çətinlik yoxdur. Lakin əgər şalvar xüsusi həssas parçadan tikilibsə xüsusi texnikasız burda keçinmək olmaz.

Dərəcə

Ütləməyə başlamazdan əvvəl şalvarın etiketində yazılmış instruksiya ilə tanış olun. Əgər şalvar pambıq və ya kətandandırsa bu zaman ütünü yaxşıca qızdırmaq lazımdır. Lakin əgər şalvar həssas parçalardan tikilibsə bu zaman ütünü çox qızdırmaq məsləhət görülmür.

Ciblər

Cibləri yaxşıca ütləmək üçün onun hər iki tərəfini ütləmək lazımdır. Bunun üçün şalvarı tərs üzünə çevirin və cibini yaxşıca ütləyin. Tərs üzündə bütün şalvarı da ütləmək olar, cibin altındakı hissəni də unutmayın.

Su

Xüsusi əzik yerlər də problem deyil. Onları su və ya buxarın köməyi ilə ütləmək olar.

Çətin yerlər

Zamok, düymələr kimi çətin yerləri ütünün ucu ilə ütləyin. Bu yerləri ideal vəziyyətə gətirmək üçün buxardan istifadə edə bilərsiz.

İDOLdan məsləhət:

Əgər sizin paltaryuyan maşınınız qurutma funksiyasına malikdirsə, onu yarı kökləyin. Paltarları qurutma prosesi bitən kimi götürmək lazımdır, bununla əzilmənin qarşısını ala bilərsiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın