Home / İDMAN  / Bodibildinq məşqlərinin 7 prinsipi

Bodibildinq məşqlərinin 7 prinsipi

Bugün sizlərə İDOL.AZ bodibildinq məşqlərinin 7 prinsipindən söz açacaq. Baza məşqlər, yüklənmə, hədəflər, çəkilər və sair bu kimi prinsipləri əhatə edən bodibildinq prinsipləri ilə tanış olun. 1. Diqqəti baza hərəkətlərində cəmləşdirin Baza hərəkətlər - bədəninizin böyük qismininin

james ellis
Bugün sizlərə İDOL.AZ bodibildinq məşqlərinin 7 prinsipindən söz açacaq. Baza məşqlər, yüklənmə, hədəflər, çəkilər və sair bu kimi prinsipləri əhatə edən bodibildinq prinsipləri ilə tanış olun.

1. Diqqəti baza hərəkətlərində cəmləşdirin
Baza hərəkətlər – bədəninizin böyük qismininin hərəkətdə olmasıdır. Ən mühüm hərəkətlər ştanqa ilə oturub-qalxma, yerdən qaldırma və ştanqa ilə jimdir. Baza hərəkətləri individual hərəkətlərdən daha çox iş görür və trenajor zallarında 90% effekt verir.

2. Düzgün texnikadan istifadə edin
Çəki qaldıran zaman texnikanın düzgün olması vacibdir ki, sonradan zədələrdən qorunmuş olasınız. Texnikanı mükəmməlləşdirməmiş çəki rekordlarınızı artırmaq olmaz. Düzgün olmayan məşq zamanı alınan zədə sizi həftələrlə və hətta aylarla sıradan çıxarda bilər.

3. Çəkini artırın
Daha güclü olmaq üçün bədəniniz bir neçə həftəyə daha böyük çəkilərə hazır olmalıdır. Yadda saxlayın ki, güclü olmaq istəyirsiniz isə qaldırılan çəkilər artırılmalıdır. Düzdü, yorğunluq, adi həyat problemləri sizə maneə törədə bilər. Lakin hər dəfə trenajor zalına gedərkən az da olsa çəkiləri artırasınız.

4. Hədəflərinizi müəyyən edin
İstənilən sahədə inkişafa və müvəffəqiyyətə nail olmaq istəyirsiniz isə ilk öncə əlverişli şəraitə malik olmalısınız. Əgər trenajor zalına gedərkən məqsədiniz yoxdursa məşqinizi aşağı səviyyədə və keyfiyyətsiz olacaqdır. Trenajor zalına getməzdən əvvəl hədəflərinizi müəyyən etməli, bugün hansı məşqləri yerinə yetirəcəyinizi dəqiq bilməlisiniz. Əgər siz bir proqramla məşq edirsiniz isə bu zaman nəticə də keyfiyyətli olacaqdır.

5. Həddindən artıq yüklənməyin
Məşq, güc və idman yarışlarda həddindən artıq yüklənmə sizin ən böyük düşməninizdir. Bədəninizi çox yükləyərək reqenerasiyanı pozmuş olacaqsınız ki, nəticədə heç bir inkişaf olmayacaqdır. Sizin bədəniniz trenajor zalında deyil sizin istirahət etdiyiniz zaman güclənir. Məşqlər arası yetərincə istirahət mütləqdir, bu zaman kəsiyində bədəniniz tam bərpa olunmalıdır. Əgər güc sizin hədəfinizdirsə bu zaman 1-3 gün fasilə məsləhət ola bilər.

6. Diqqətinizi pəhrizdə cəmləşdirin
Qida istənilən güc məşqinin mühüm bir hissəsidir. Güclü və əzələli olmaq üçün tərəvəzlər, zülallar, mürəkkəb karbohidratlar və piylərlə zəngin olan pəhriz olmalıdır. Pəhriz trenajor zalında məşqin effektivliyinin 80%-nı təmin edir. Əgər sizin pəhriziniz düzgündürsə siz güclü və dözümlü olacaqsınız. Kim güclü olmaq istəyirsə gündə 6 dəfədən az olmayaraq zülallarla zəngin qidalar qəbul etməlidir.

7. İsrarlı olun
Heç kim bir həftəyə nəticə əldə etmir. Bir zaman gələcək ki, sizlər məşq etsənizdə bir nəticə əldə edə bilmədiyinizi düşünəcəksiniz. Lakin israrlı olun, məşqlərə davam edin və nəticə mütləq gələcək. Diqqətinizi qidaya, məşqə və istirahətə cəmləşdirin, nəticə özü gələcək. (atlet.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın