Home / SAĞLAMLIQ  / Kişinin seksual sağlamlığı

Kişinin seksual sağlamlığı

Alimlər sübut ediblər ki, bir kişinin seksual potensialı 15 qadına yetərlidir. Əgər sizlər biri ilə bacarmırsınız isə və yaxud digər problemlər varsa biraz fikirləşməyin vaxtıdır. "Kişi sağlamlığı" deyəndə ilk olaraq ümumi sağlamlıqdan öncə kişinin seksual sağlamlığı

nikita romanoff
Alimlər sübut ediblər ki, bir kişinin seksual potensialı 15 qadına yetərlidir. Əgər sizlər biri ilə bacarmırsınız isə və yaxud digər problemlər varsa biraz fikirləşməyin vaxtıdır.

“Kişi sağlamlığı” deyəndə ilk olaraq ümumi sağlamlıqdan öncə kişinin seksual sağlamlığı ağıla gəlir. Kişinin seksual sağlamlığı onun üçün olduqca vacibdir, məhz seksual funksionallıq kişini kişi edən amildir.

Təəssüflər olsun ki, əksər kişilər bu tip xəstəliklərə soyuq münasibət bəsləyirlər. Bu əsasən kişilərin bu mövzuda utancaqlıqlarından irəli gəlir. Bu səbəbədən həkimə ziyarəti sonraya saxlayan kişilər, cüzi problemlərin zamanla keçəcəklərini düşünürlər. Lakin cüzi problemlər artıq qlobal şəkil aldıqda onlar özlərini çarəsiz hiss edirlər.

Əksər hallarda seskual problemlər heç də özündən yaranmır. Əksər hallarda bu problemlərin yaranmasında kişilər məhz özləri günahkardır. Bunun qarşısını almaq üçün kişilər ilk öncə onlara ziyan olan şeylərdən xəbərdar olmalıdır. Gəlin bunlara nəzər yetirək:

•Siqaret, alkoqol və narkotik;
•Oturaq həyat tərzi qan durğunluğuna yol açır, müəyyən əzələlərin dağılmasına səbəb olur;
•İdmanla məşğul olmamaq;
•Sağlamsız qida – yağlı, şirin, duzlu, qazlı içkilər, süni qida əlavələri;
•Seks tərəfdaşlarını tez-tez dəyişmək;
•Seksin olmaması;
•Şəxsi gigiyenanın olmaması.

Öz seksual sağlamlığını qorumaq istəyən kişilər bəzi qaydalara riayət etməlidirlər. İlk olaraq, düzgün qidalanmaq lazımdır: yalnız sağlam qida, süd, tərəvəz, meyvə, ət. Qızardılmış və yağlı qidaları rasiondan çıxartmaq, şəkəri azaltmaq. Qazlı içkilərdən imtina etmək də mütləqdir, bunların əvəzinə çay, təbii şirə və ya sadə sulara üstünlük verməlisiniz.

İkincisi, ziyanlı vərdişlər barəsində düşünmək lazımdır. Alkoqol və nikotin – kişinin seksual sağlamlığına təsir edən əsas faktorlardan biridir. Bunların tez-tez qəbulu kişi seksuallığının fatal çətinliklər ilə üzləşməsinə gətirib çıxarda bilər. Alkoqol spermanın keyfiyyətini və aktivliyini azaldır, pivə estroqen qadın hormonunun inkişafına yol açır. Bu hormonun yüksək olması kişinin səsini incəldir, saçını tökür, sinə və qarnını salladır. Bunun üçün əgər uzun müddət kişi kimi özünüzü hiss eləmək istəyirsiniz isə alkoqol və siqaretə yox deməyin vaxtıdır.

Nə qədər təəccüblü olsa da kompüter oyunları da kişi seksuallığına təhlükə daşıyır. Beləki, kompüter oyunu zamanı sizin uzun müddət oturaq vəziyyətdə qalırsınız ki, qan durğunluğuna gətirib çıxardır ki, bu da potensiyanı azaldır. Hətta əgər siz bu oyunların fanatısınız isə bu zaman yataqda da seks uğursuzluqları ilə üzləşə bilərsiz. Beləki, sizin bütün emosiyalarınız artıq oyun tərəfindən alınmış olur. Bu səbəbdən özünüzü idarə etməyi bacarın.

Rasionunuzu kontrol altına alın. Bunun üçün ziyanlı məhsullara yox demək lazımdır – konserva, təbii mənşəi olmayan məhsullar. Bunların yerinə lobya, yağsız ət, yumurta, qoz, sarımsaq, kök, dəniz məhsulları, meyvə və tərəvəzlərə üstünlük verin.

Kişilər, seksual həyatınızın sizi uzun illər sevindirməyini istəyirsiniz isə sağlamlığınıza diqqət yetirin!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın