Home / XƏBƏRLƏR  / Mühəndislər “ağıllı“ qaşıq yaradıblar

Mühəndislər “ağıllı“ qaşıq yaradıblar

"Ağıllı" robot, "ağıllı" maşın, "ağıllı" telefon və sair. Artıq "ağıllı" qaşıq da var. Beləliklə, Amerikanın “Liftware Spoon” şirkəti Parkinson və bəzi başqa xəstəliklərdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulmuş “ağıllı” qaşıq hazırlayıb. Qurğu insan əlinin titrəməsini

"ağıllı" qaşıq
“Ağıllı” robot, “ağıllı” maşın, “ağıllı” telefon və sair. Artıq “ağıllı” qaşıq da var. Beləliklə, Amerikanın “Liftware Spoon” şirkəti Parkinson və bəzi başqa xəstəliklərdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulmuş “ağıllı” qaşıq hazırlayıb.

Qurğu insan əlinin titrəməsini tarazlaşdırır və beləliklə, qaşıqda olan yeməyin sıçramasının qarşısını alır.Titrəmənin qarşısını alan sözügedən texnologiya ilk öncə hərbi məqsədlər üçün işlənib hazırlanıb.

“Liftware” qaşığı ona quraşdırılmış sensorların köməkliyi ilə daima istifadəçinin əl hərəkətlərini izləyir və qulpuna yerləşdirilmiş motorlar sayəsində öz vəziyyətini həm üfqi, həm də şaquli sabitləşdirir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu qaşıq cari ilin sentyabrında satışa çıxarılacaq. Onun qiyməti 295 ABŞ dollardır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın