Home / QADINLAR  / Qadını sevib, eyni zamanda kasıb olmaq…

Qadını sevib, eyni zamanda kasıb olmaq…

Görkəmli alman yazıçısı Erix Mariya Remarkın qadınlar haqqında yazdıqlarını təqdim edirik. Erix Mariya Remark 1898-ci ilin 22 iyun tarixində Osnabrük şəhərində alman işçi Peter Franz Remarkın ailəsində doğulmuşdur. Anası Anna Maria da etnik baxımdan alman

alisa-verner-photogragher
Görkəmli alman yazıçısı Erix Mariya Remarkın qadınlar haqqında yazdıqlarını təqdim edirik. Erix Mariya Remark 1898-ci ilin 22 iyun tarixində Osnabrük şəhərində alman işçi Peter Franz Remarkın ailəsində doğulmuşdur. Anası Anna Maria da etnik baxımdan alman idi. Remark 16 yaşından etibarən kiçik həcmli hekayələr və essələr yazmağa başlamışdı. Beliklə Remarkın qadın barəsində fikirləri:

– Heç kim qadın hiyləsinə dayana biləcək möhkəm divarlar tikə bilməz.

– Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar.

– Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar…

– Qadınlar sevəndə ağıllanırlar, amma kişilər başlarını itirirlər.

– Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

– Əgər qadın başqasına aiddirsə, o 5 dəfə daha artıq arzu ediləndir.

– Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir.

– Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə.

– Qadına heç nəyi başa salmaq lazım deyil, ancaq hərəkət etmək lazımdır.

– Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır.

– Sevgi… qadını daha itigözlü edir.

– Qadını sevməkdən xilas olmağın yolu onunla müntəzəm olaraq yatmaqdır. Təxəyyüllə azadlıq vermək olmaz.

– Ləçər, yoxsa müqəddəs?… Nəticədə hansısa bir fərqi varmı? Əsas odur bizim özümüz ona necə yanaşırıq?

– Qadın – sizin üçün metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, ona hər gün xoş sözlər demək yaxşıdır.

– Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır.

– Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.

– Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən. (ailem.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın