Home / QİDA  / Arpa şorbası toyuq əti ilə

Arpa şorbası toyuq əti ilə

Havalar soyumağa doğru gedir və insan daha çox sulu və isti xörəklərə meyl edir. Bugün sizlərə həm mövsümə uyğun və həm də sizə xeyirli olan arpa şorbasının hazırlanma qaydasını təqdim edəcəyik. Bunun üçün sizə lazımdır: toyuq

arpa şorbası
Havalar soyumağa doğru gedir və insan daha çox sulu və isti xörəklərə meyl edir. Bugün sizlərə həm mövsümə uyğun və həm də sizə xeyirli olan arpa şorbasının hazırlanma qaydasını təqdim edəcəyik.

Bunun üçün sizə lazımdır: toyuq əti, 1 ədəd baş soğan, 1-2 ədəd kök, bolqar bibəri, pomidor (evdə hazırlanmış pomidor tomatı da ola bilər), 1-2 ədəd kartof, arpa, zeytun yağı, duz və istiot.

Hazırlanması: ilk öncə arpa təmizlənir, yuyulur və yumuşalması üçün 20 dəqiqə suda saxlanılır. Bu müddət ərzində soğan xırda doğranılır, kök, bibər, pomidor və kartof kubik şəklində doğranılıb hazırlanır. Toyuq əti yuyulur və doğranılır.

Soğan yağda qızardılmağa başlayır, bir müddət sonra toyuq və isladılmış arpa əlavə olunur və 2-3 dəqiqə soğanla bişirilir. Daha sonra yerdə qalan ərzaqlar (bibər, kök, pomidor, kartof) əlavə olunur və qarışdırılır. Qarışımın üstünə su əlavə olunur və arpa bişənədək (ortalama 15 dəqiqə) bişirilir. Nuş olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın