Home / XƏBƏRLƏR  / “AZAL”dan sərfəli aksiya

“AZAL”dan sərfəli aksiya

“Azərbaycan Hava Yolları” (AZAL) bir neçə aviareys üzrə xüsusi Payız aksiyasına başlayıb. Aviaşirkətdən bildiriblər ki, aksiya çərçivəsində London-Bakı-London istiqamətində 399 funt-sterlinqə, Bakı-London-Bakı istiqamətində isə 449 avroya bilet əldə etmək olar. Eyni zamanda, Təbriz və Tehrana 209,

azal aksiya
“Azərbaycan Hava Yolları” (AZAL) bir neçə aviareys üzrə xüsusi Payız aksiyasına başlayıb.

Aviaşirkətdən bildiriblər ki, aksiya çərçivəsində London-Bakı-London istiqamətində 399 funt-sterlinqə, Bakı-London-Bakı istiqamətində isə 449 avroya bilet əldə etmək olar. Eyni zamanda, Təbriz və Tehrana 209, Roma, Milan, Paris, Praqa, Pekinə 449, Tel-Əvivə 379, Tbilisi-Nyu York-Tbilisi (Bakıdan keçərək) reysinə isə 630 avroya gediş-gəliş bileti almaq mümkündür.

Aksiya oktyabrın 1-dən 15-dək alınan biletlərə şamil olunur. Uçuşlar noyabrın 1-dən dekabrın 10-dək olan dövrü əhatə edir.

AZAL əvvəllər də analoji aksiyalar keçirib və gələcəkdə də bu cür aksiyaların olacağına ümid var.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın