Home / QADINLAR  / Yetkin kişi

Yetkin kişi

Sizin sevdiyiniz qadın yoxdur? Həyatınızın qadınını tapmaq üçün buna hazır olmalısınız, əks halda bir şey alınmayacaq. Düzgün qadın və düzgün kişi ilk öncə şəxsiyyət kimi formalaşmalı və sonradan birləşməlidirlər. Biz çox vaxt qadınlardan, seksdən söz açırıq.

eddie cibrian
Sizin sevdiyiniz qadın yoxdur? Həyatınızın qadınını tapmaq üçün buna hazır olmalısınız, əks halda bir şey alınmayacaq. Düzgün qadın və düzgün kişi ilk öncə şəxsiyyət kimi formalaşmalı və sonradan birləşməlidirlər.

Biz çox vaxt qadınlardan, seksdən söz açırıq. Lakin bir gün bunlardan bezəcəksiniz. Sizin artıq daimi bir tərəfdaş, sizi sevən, sizə qulluq edə bilən, dərdinizi bölüşə biləcəyiniz qadına ehtiyacınız olacaq. Yox bu depressiya, ruh düşgünlüyü ya da qocalıq deyil. Sadəcə siz böyümüsünüz. Ciddi münasibətlərə fiziki və mənəvi hazır olmalısınız. Əks halda davalar, ayrılıqlar sizin yaxanızı buraxmayacaq.

Beləliklə, yetkin kişi

1. İdealizmin olmaması

İdeal insanlar yoxdur. Xırda çatışmamazlıqlar ideal münasibətləri dağıda bilər. Lazımsız gərginlik niyə lazımdır? Bağışlamaq və fikir verməmək hər kişiyə xas deyildir. Lakin buna getməyə dəyər. İdeal insan yoxdur və heç bir zaman qarşınıza çıxmayacaq.

2. Eqonu çərçivəyə salmaq

Özünüzü sevin və dünya sizi sevəcək? Boş-boş sözlərə inanmayın. Dünyada hər şey əvəz-əvəzdir. Öz maraqlarını qurban verib sevdiyi insana qulluq etmək olduqca vacibdir. Filmlərdə tez-tez rastlaşdığımız hallar: başqa şəhərlərə köçmək, kompromislərə getmək sevginin gücündən irəli gəlir. Real həyatda hər şey fərqlidir? Xeyr. Eqonuzu çərçivəyə salın və kompromisə getməyi öyrənin.

3. Söhbət etmək bacarığı

Biz əl-ələ gəzirik, kinoya gedirik, restoranda şam yeməyi yeyirik, öpüşürük, sekslə məşğul oluruq. Lakin ən vacibini unuturuq. Söhbət etmək. Heçkim sizin fikirlərinizi oxuya bilməz. Bunun üçün daha açıq və aydın fikirlərinizi bildirin. Hələ də bir çox kişi və qadın bir-birini eşitməyi öyrənməmişdir.

4. Keçmişlə vidalaşın

Sizin keçmişlə heç bir əlaqəniz qalmayıb? Keçmiş sevgililəriniz ürəyiniz və yatağınızda deyillər? Keçmiş gedən kimi yeni münasibətlərə siz hazırsınız.

5. Özünə inam və xoşbəxtlik

Siz təklikdə xoşbəxt deyilsiniz isə, münasibətdə də xoşbəxt olmayacaqsınız. Xoşbəxtlik daxildən gəlir və həyatınızda kiminsə peydə olması sizi xoşbəxt edə bilməyəcək. Həyatdan zövq almağı öyrənin, yalnız bu halda siz xoşbəxt ola biləcəksiniz.

Yetkin kişi və yetkin qadın görüşdükləri zaman onların birgə münasibətləri yuksələcəkdir. Yox əgər hər hansı bir tərəf uşaqlıq edirsə bu münasibətlərdən bir şey gözləmək lazım deyil. Yetkinləşin və sonra həyatınızın qadınını axtarmağa başlayın.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın