Home / XƏBƏRLƏR  / Çində smartfon istifadəçiləri üçün ayrıca yol xətti yaradılıb

Çində smartfon istifadəçiləri üçün ayrıca yol xətti yaradılıb

Dünyanın bir çox şəhərlərində velosipedçilər üçün ayrıca yol xətti vardır. Çində isə smartfon sahibləri üçün belə yol xətti yaratmaq qərarına gəliblər. Çonqkinq şəhərində hərəkət zamanı smartfondan istifadə edən insanlar üçün ayrıca yol xətti yaradılıb. Aydındır ki,

mobile phone sidewalks
Dünyanın bir çox şəhərlərində velosipedçilər üçün ayrıca yol xətti vardır. Çində isə smartfon sahibləri üçün belə yol xətti yaratmaq qərarına gəliblər.

Çonqkinq şəhərində hərəkət zamanı smartfondan istifadə edən insanlar üçün ayrıca yol xətti yaradılıb. Aydındır ki, bu addım təhlükəsizlik baxımından atılıb. Smartfona aludə olan insanlar, adətən, ətrafda baş verənləri görmür və bu zaman ya özünə, ya da kənardakı şəxslərə zərər vura bilər.

Yerə çəkilmiş nişan səkini iki hissəyə bölür. Biri cari anda smartfon və ya mobil telefondan istifadə etməyən piyadalar üçün nəzərdə tutulub.

Səkinin ikinci hissəsi isə öz cihazından bir saniyə ayrıla bilməyən insanlar üçün nəzərdə tutulub. (webbala.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın