Home / BİZNES  / Batan maşından necə sağ çıxmaq olar?

Batan maşından necə sağ çıxmaq olar?

Bu səfər sizlərə tam başqa bir işgüzarlıqdan söz açacayıq. Beləki, kişi həmişə hər bir vəziyyətə hazır olmalıdır. İstənilən vəziyyətdən çıxmaq bacarığı kişi üçün əvəzolunmaz haldır. Bugün sizlərə qeyri-adi haldan, batan maşından çıxmaq bacarığından söz açacayıq.

batan maşın
Bu səfər sizlərə tam başqa bir işgüzarlıqdan söz açacayıq. Beləki, kişi həmişə hər bir vəziyyətə hazır olmalıdır. İstənilən vəziyyətdən çıxmaq bacarığı kişi üçün əvəzolunmaz haldır. Bugün sizlərə qeyri-adi haldan, batan maşından çıxmaq bacarığından söz açacayıq. Hər il 100 minlərlə sürücü avtomobilini suda batırdığı üçün sizin də belə hala hazır olmanız aktualdır.

Suyun altında insana vəlvələ gəlir, maşın tez su ilə dolur, qapılar açılmır. Əslində isə batan avtomobildən çıxmaq o qədər də çətin deyil, əsas nə etməli olduğunuzu biləsiniz.

1. Sakit qalmağa çalışın. Vəlvələyə düşməmək çətin olsa da, lakin suyun altından çıxmaq üçün sakit olmaq şərtdir.

2. Təhlükəsizlik kəmərinizi daim bağlı saxlayın. Təəccüblü olsa da, kəmər bağlı olan zaman sağ qalmaq imkanı daha çoxdur. Suyun altında insan səmtini itirir və kəmər vəziyyəti nəzarət altında saxlamağa kömək edir.

3. Qapıdan çıxın. Ən ideal halda maşın suya düşən kimi qapıdan çıxmaqdır. Qapı o zamana kimi açılacaq ki, suyun səviyyəsi oturacaqdan yuxarı olmasın. Əlbəttə ki, əgər maşın çevrilməmişdirsə.

4. Pəncərəni aşağı salın ya da qırın. Qapıdan çıxmağın mümükünsüz olduğunu anladığınız zaman pəncərini açın. Sınaqlar göstərir ki, şüşəni qaldıran elektromexanizm suyun altına düşdükdən sonra bir neçə dəqiqə işləməyə davam edir. Lakin açılmasa şüşəni qırmağa çalışın. Maşınızda həmişə iti uclu çəkiç saxlayın, yumuruqla maşının şüşəsini qırmaq demək olar ki, mümkünsüzdür.

5. Hazır olun ki, pəncərədən güclü su axını başlayacaq və bütün şüşələr üstünüzə gələcək.

6. Əgər şüşəni sındıra bilmədiniz isə bu zaman maşının tam su ilə dolmasını gözləyin və əgər hələ də sağsınız isə qapı daha rahat açılacaqdır. Mütəxəssisələr iddia edirlər ki, avtomobilin içi və ətrafındakı təzyiq bərabərləşdiyi zaman qapı daha rahat açılmalıdır.

7. Suyun altında dərhal istiqaməti tapmaq çətindir. Bu səbəbdən hava şarlarının hara getdiyinə fikir verin və o istiqamətdə üzün.

8. Əgər maşında sizdən başqa sərnişin vardırsa, bu zaman vəziyyət daha da ağırlaşır. Onları ilk öncə sakitləşdirməyə çalışın. Maşının qabaq şüşəsini qırmağa çalışın. Müşahidələr göstərir ki, buradan daha çox adam xilas ola bilmişdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın