Evdə məşq: TOP 7 hərəkət
Trenajor zalına getmək baha başa gəlir? Bu zaman sizə təqdim etdiyimiz hərəkətlərlə evdə də əzələ kütlənizi artıra bilərsiniz. Qantellərlə yanlara açılmalar Hərəkəti ayaqüstə və ya önə əyilmiş vəziyyətdə etmək olar. Qamətinizi düzəldəcək, kürək və çiyin əzələlərinizi inkişaf
Trenajor zalına getmək baha başa gəlir? Bu zaman sizə təqdim etdiyimiz hərəkətlərlə evdə də əzələ kütlənizi artıra bilərsiniz.
Qantellərlə yanlara açılmalar
Hərəkəti ayaqüstə və ya önə əyilmiş vəziyyətdə etmək olar. Qamətinizi düzəldəcək, kürək və çiyin əzələlərinizi inkişaf etdirəcək.
Ayağa atılmalar
Yan əzələlərini, budun ön və arxa tərəfini inkişaf etdirmək istəyirsiniz? Hər bir ayağa atılmalar yerinə yetirin. Çanağınızı nə qədər çox əysəniz, effekt bir o qədər çox olacaq. Qantellərlə bunu etsəniz göbəkdən aşağı olan bütün əzələlərinizi məşq elətdirmiş olacaqsınız.
Lövhə
Lövhə statik məşq olub, bədəni fiksasiya etməkdir. Dirsəkləriniz və ayaq barmaqlarınız ilə özünüzü fiksasiya edin və bacardığınız qədər bu vəziyyətdə qalın. Düz və yanakı olurlar. Korpus, çiyin, kürək, bud, yan, pres əzələlərini möhkəmləndirir. Bir növ bədənin əzələlərini isidir, bel sütununa müsbət təsir göstərir.
Jim
Burada müxtəliflik boldur:
* əllərin enini dəyişərək jim (trisepslərdən güc sinə əzələlərinə düşür);
* şaquli jim (ştanqa və qantellərlə jimin analoqudur);
* tərs jim, triseps (əllər arxada)
* brusda jim.
Jim korpusu, kürəyi, əlləri və presi məşq elətdirən yoxlanılmış hərəkətdir.
Rumın ağır qaldırma
Yerdən ştanqanın qaldırmasının bir növüdür. Fərq bundadır ki, bu hərəkəti qantellərlə də yerinə yetirmək olar. Bu güc məşqi bud, yan və kürək əzələlərini işlədir. Tarazlıq hissini artırır.
Dartınma
Burada öz çəkinizi dartmalı olduğunuzdan biraz çətinlik var. Bu hərəkətin də bəzi müxtəliflikləri var:
* enli-dar-orta tutuş;
* düz və tərs tutuş.
Dartınma – təmiz havada məşq etmək üçün əla səbəbdir.
Çömbəlmə
Çömbəlmə – ən iri əzələləri məşq elətdirir: bud, yan, kvadriseps. Varikoz genişlənməsinin profilaktikasını edir, güc göstəricilərini artırır.
Güclü ayaqlar – tez qaçmaq, hündür tullanmaq, kürək əzələlərini möhkəmləndirmək, mənşəət zədələrindən qorunmaq imkanıdır.