Home / QİDA  / Təbii steroidlər

Təbii steroidlər

Steroidlərin insan orqanizminə ziyanı barəsində çoxlu sözlər deyilmiş və araşdırmalar aparılmışdır. Bugün sizlərə İDOL.AZ olaraq təbiətin bizlərə bəxş elədiyi təbii steroidlərdən söz açacayıq. Beləliklə, təbii steroidlərə aiddir: Siyənək Siyənək tərkibində heç bir məhsulda olmadığı qədər kreatin vardır.

təbii steroid
Steroidlərin insan orqanizminə ziyanı barəsində çoxlu sözlər deyilmiş və araşdırmalar aparılmışdır. Bugün sizlərə İDOL.AZ olaraq təbiətin bizlərə bəxş elədiyi təbii steroidlərdən söz açacayıq. Beləliklə, təbii steroidlərə aiddir:

Siyənək

Siyənək tərkibində heç bir məhsulda olmadığı qədər kreatin vardır. Kreatin məşq edən üçün ən vacib elementlərdən biridir, sizi güclü edir və əzələ kütləsinin artırılmasında əvəzsizdir. Üstəlik əzələləri qidalandırıcı maddələrlə zənginləşdirir ki, nəticədə onların artımı və bərpa olunmasına kömək edir. Məşqdən 1-2 saat öncə 200 qr siyənək yesəniz 40 qr protein, 12 qr təbii yağlar və 2 qr keratinlə bədəninizi təmin edəcəksiniz.

Qreypfrut

Qreypfrutu daha çox pres məşqləri zamanı yemək lazımdır. Sitrus meyvələri yağları əritməyə kömək olur. 12 həftəlik müşahidələr onu göstərir ki, rasionunu dəyişməyərək və sadəcə gündə yarım qreypfrut yeyən və 250 qr qreypfurt şirəsi içən hər bir kəs ortalama 2 kq arıqlayır, 4,5 kq arıqlayanlar da olur. Üstəlik qreypfrut qanda insulin və qlükozanın miqdarını azaldır. Bu onun tərkibindəki pektindən irəli gəlir. Beləki, pektin karbohidratların qana düşməsinə maneə törədir ki, nəticədə insulinin səviyyəsi aşağı düşür. Gündə bir qreypfrut yetərlidir, insulinin səviyyəsini aşağı saldığına görə məşqdən minimum 2 saat sonra qəbul edilməlidir.

Yoqurt

Yoqurt proteinin həll olunmasında köməkçi olur və immun sisteminə müsbət təsir edir. Yoqurt kökəlmənin qarşısını alan kalsiy ilə zəngindir. Əsas da yoqurt süd proteinin mənbəyidir. Yaxşı olardı ki, qatqısız və şəkərsiz olan yoqurtlardan alasınız. Yoqurtu istədiyiniz vaxt, məşqdən öncə və ya məşqdən sonra qəbul edə bilərsiniz.

Yaşıl çay

Yaşıl çay orqanizm üçün olduqca xeyirlidir. İnsanı arıqladır, damarları bərpa edir, qara ciyəri sağaldır, xərçəng şişlərinə qarşı təsirlidir, ürək-damar xəstəliklərini profilaktika edir, hətta son araşdırmalara görə QİÇS xəstəliyinə qarşı xeyirlidir. Bu onun tərkibində olan epigallocatechin gallate (EGCG) aktiv maddənin olması ilə əlaqədardır. EGCG antioksidant xassələrinə malikdir ki, insan orqanizminə müsbət təsir göstərir. Maddə maddələr mübadiləsini sürətləndirir, norepinerfinin həll olunmasının qarşısını alır. Yağların həll olunması prosesini sürətləndirir. Gündə 2-3 fincan yaşıl çay için. Bir yekə fincanda 200 mqr EGCG vardır. Yaşıl çay oynaqlara müsbət təsirə malikdir.

Kofe

Kofeni bir çoxları ziyan hesab etsə də, araşdırmalar göstərir ki, trenajorlarda məşq edənlər üçün xeyirlidir. Beləki, kofein məşqdən öncə güc verir, üstəlik artıq piyləri yandırmaqda da kömək olur. Üstəlik araşdırmalar onu göstərir ki, gündə 3 fincandan çox olmayaraq qəbul edilən kofe şəkərin qarşısını alır, qara ciyər xəstəliklərini profilaktika edir və öddə daşların yaranmasının qarşısını alır.

Brokkoli

Brokkoli tərkibində yüksək dərəcədə indola – 3 – karbinol (I3C) olduğundan estroqen hormonunu azaldır ki, nəticədə artıq piylənmənin qarşısı alınır. Üstəlik maddə testosteronun anabolik təsirini azaldır. Su itkisini nəzarət altında saxlayır. Gündə 1 və ya bir neçə bişmiş brokkoli yeməlisiniz.

İspanaq

İspanağın tərkibində azad radikalları neytrallaşdıran və görmə qabiliyyətini qoruyub saxlayan lütein, zeaksantin, korotenoidlər vardır.

Həmiçinin ispanağın tərkibində çoxlu sayda qlütamin, aminoturşular var ki, əzələ kütləsinin artımına kömək olur. İspanaq 90% sudan barət olduğundan onu çox və çiy halında qəbul etmək lazımdır. Belə onun tərkibində qlütamin tam qalır. İspanağın tərkibindəki oktakozanol ürək-damar sisteminə xeyirli olduğu qədər, sizin əzələlərinizi gücləndirəcək. Buna nail olmaq üçün daimi olaraq ispanaq yeməlisiniz.

Pomidor

Pomidorda iki vacib element cəmləşmişdir – katrenoid likopen və flavonoid kversetin. Likopen mürəkkəb antioksidant olub, orqanizmi ürək xəstəliklərindən, xərçəng və prostatitdən qoruyur. Likopen əsasən pomidor məhsullarında (ketçup, sous, tomat) daha aktiv olur.

Kversetin antioksidant xassələrinə malikdir və damar tıxanmasına qarşı əla vasitədir. Həmçinin gərgin məşqdən sonra əzələləri bərpa edir və ağrıları azaldır. Araşdırmalara görə gündə 6-7 pomidor yeməlisiniz.

Qarpız

Qarpızın tərkibində sitrulin antioksidantı boldur. Sitrulin orqanizmdə arqininə çevrilir ki, onun vasitəsi ilə əzələlərə qan, hormon, oksigen, qidalandırıcı maddələr ötürülür. Qırmızı ətində likopen vardır ki, ürək və xərçəng xəstəliklərinin qarşısını alır. Əgər yaxşı formada olub çox yaşamaq istəyirsiniz isə qarpızı rasionunuza əlavə edin. Məşqə 1 saat qalmış 1 kilo qarpız yeməyiniz məsləhətdir, çalışın qabığınadək yeyəsiniz ki, bu yerləri elementlərlə daha zəngindir.

Sarımsaq

Sarımsaq əzələ artımına kömək edir. Sağlamlığa müsbət təsiri olan sarımsaq, testosteronun yaranmasını stimullaşdırır, kortizolun qarşısını alır. Məşqdən öncə bir diş sarımsaq yeyin, düzdü ağzınızdan gələn qoxudan ətrafdakıları qoruyun.

Soğan

Soğan və sarımsaq qohum tərəvəz olmuş və kükürdtərkibli elementlərlə zəngindirlər (məhz bu onlara kəskin iy verir). Soğan qanda insulinin miqdarını artırır və bu səbəbdən məşqdən sonra onu yemək çox xeyirlidir. Yaşıl soğan ən yaxşı alternativdir.

Günəbaxan tumu

Günəbaxan tumları əzələ kütləsinin artımına kömək edən arqinin və qlütamin ilə zəngindirlər. Tərkibindəki beatin qara ciyəri alkoqol və steroidlərin mənfi təsirlərindən qoruyur. Yarım stəkan günəbaxan tumu gündəlik normadır.

Cəfəri

Cəfəri həzm prosesini sürətləndirir və ağızdan gələn iyi neytrallaşdırır. Estroqen hormonunun səviyyəsini azaldaraq, piylənmənin qarşısını alır. Dəri və əzələ hüceyrələrinin sağlam qalmasına kömək olur. Gündəlik norma 3 dəst.

Cır mərsin (голубика)

Trenajorda məşq edən hər bir kəsə mərsin yemək məsləhət görülür. Təyin edilmişdir ki, mərsin azad radikallarla mübarizə aparan ən güclü giləmeyvədir. Onun tərkibindəki antosianin antioksidantı qan damarlarını qoruyur ki, onlar əzələləri qan, oksigen və qidalandırıcı maddələrlə təmin edirlər. Qan damarlarınız nə qədər sağlam olarsa, əzələləriniz bir o qədər güclü olacaq. Axşam yatmazdan öncə içdiyinizi protein kokteylinə yarım stəkan mərsin qatın.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın