Home / QADINLAR  / Goodbye my love: qadınla ayrılmağın 5 səbəbi

Goodbye my love: qadınla ayrılmağın 5 səbəbi

Hər şey ürəyinizcə olmadığı zaman, dözürsünüz, dətişdirməyə çalışırsınız. Lakin əgər siz hər bir şey etmisiniz və heç bir şey dəyişmirsə, ona "sağ ol" deməyin vaxtıdır. Şəxsi həyata hüququn olmaması Qadın əgər ünsiyyətdə olduğunuz qadınlar barəsində artıq sual

ayrılıq
Hər şey ürəyinizcə olmadığı zaman, dözürsünüz, dətişdirməyə çalışırsınız. Lakin əgər siz hər bir şey etmisiniz və heç bir şey dəyişmirsə, ona “sağ ol” deməyin vaxtıdır.

Şəxsi həyata hüququn olmaması

Qadın əgər ünsiyyətdə olduğunuz qadınlar barəsində artıq sual verirsə vəsizi bu ünsiyyətə görə danlıyırsa, fikirləşmənin tam vaxtıdır. Bu inamsızlığın və qısqanclığın ilk əlamətləridir ki, fatal nəticələrə gətirə bilər. Məsələ hətta sizdə deyil, elə insanlar var ki, tərəf müqabilinin şəxsi mühitinin olmasının əleyhinədir. Belə münasibətlər bataqlıqdır.

Alçaldılmaq

Qadın sizi, işinizi, zəhmətinizi, münasibətinizi alçaldır? Ona bəraət qazandırmaq olmaz. Üstəlik sizdə özünüzə qarşı inamsızlıq kompleksi yaranır. Nəticəsi heç də sevindirici deyildir. Yeni qadın tapmaq daha ucuz başa gələr.

Söz-söhbət

Hər bir ailədə söz-söhbət olur. Lakin bu hal tez-tez və hər bir xırda şeyə görə baş verirsə, bu münasibətləri davam etdirməyə dəyər?

Seks

Nə olmasa da yaxşı seks olmasa münasibətlər möhkəm olmayacaq. Olur ki, qadınla kişi temperamentlərinə görə, bioritmlərinə görə, hissiyatlarına görə üst-üstə düşmürlər. Bununla bir ömür yaşamağa razısınız?

Uşaqlar

O ayrı yaşamaq istəyir, siz ailənizlə? Bunu həll etmək olar. O gəzməyi xoşlayır, siz evdə oturmağı (ya da əksi)? Bunu da həll etmək olar. Lakin əgər hər hansı bir tərəf uşaq üçün tələsir, digəri “hələ lazım deyil” fikri ilə yaşayırsa, bu zaman iplər qırılır. Bu məsələdə mütləqdir ki, fikirlər üst-üstə düşsün.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın