Home / XƏBƏRLƏR  / İran onları cəzalandırdı

İran onları cəzalandırdı

İranlı varlıların lüks həyatlarını göz önünə çıxardan The Rich Kids of Tehran (Tehranın varlı uşaqları) adlı Instagram hesabı bağlandı. İranın varlı uşaqları, ötən günlərdə açdıqları Instagram hesabı ilə özlərindən çoxlu söz açmışdırlar. Beləki, onların paylaşdığı şəkilləri

the rich kids of tahran
İranlı varlıların lüks həyatlarını göz önünə çıxardan The Rich Kids of Tehran (Tehranın varlı uşaqları) adlı Instagram hesabı bağlandı.

İranın varlı uşaqları, ötən günlərdə açdıqları Instagram hesabı ilə özlərindən çoxlu söz açmışdırlar. Beləki, onların paylaşdığı şəkilləri görənlər gözlərinə inanmırdılar.

Ölkədə insanların beynini qarışdırdığına görə bu addım qınanıldı. Və hökümət hərəkətə keçdi. Məsələ ilə bağlı “The Rich Kids of Tehran” instagram hesabının admini ifadəsində bildirib ki, onlar bu addımı ölkənin imicinin dəyişdirilməsi üçün atıblar. Onun dediyinə görə İran dünyada qara və vəhşilik bir ölkəsi kimi tanınır.

Digər tərəfdən İran İslam Respublikası şəriətə uyğun idarə edilir və qadınların küçəyə başörtüksüz çıxması 1 il həbs və qamçı ilə cəzalandırılır. Lakin hamı buna riayət etmir və Tehranın varlı uşaqları tam avropalı həyatı sürürlər. Lüks maşınlarda gəzirlər, qadın və kişilərin birgə olduğu gizli klublarda əylənirlər və qadağan olunmuş içkilər içirlər.

Qeyd edək ki, İranda artıq 2009-cu ildən Facebook, Twitter, Youtube kimi sosial şəbəkələr qadağandır. Bağlanılan instagram səhifəsinin 35 min izləyicisi var idi.

Daha öncə may ayında Pharrel Williams’ın “Happy” adlı mahnısına İranda çəkilmiş klipdə 3 başıaçıq qadının olması da İran hökümətini ayağa qaldırmışdır. Bu klipin çəkilişi və yayımına görə 6 nəfər məhkəmə qarşısına çıxarılmışdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın