Home / İDMAN  / Özünüzü idmanla məşğul olmağa məcbur edin

Özünüzü idmanla məşğul olmağa məcbur edin

Havaların soyuması məşqləri buraxmağa səbəb deyil. Əgər siz hətta heç vaxt idmanla məşğul olmamısınız isə, bu utandırıcı haldır. Bu məqaləni oxumaqda fayda var. Adət etmək Siz idmanla məşğul olmursunuz isə bu sizin tənbəl olduğunuzdan deyil, sadəcə siz

məşq etmək
Havaların soyuması məşqləri buraxmağa səbəb deyil. Əgər siz hətta heç vaxt idmanla məşğul olmamısınız isə, bu utandırıcı haldır. Bu məqaləni oxumaqda fayda var.

Adət etmək

Siz idmanla məşğul olmursunuz isə bu sizin tənbəl olduğunuzdan deyil, sadəcə siz buna öyrəşməmisiniz. İşdən gəlib uzanmaq istəyinə güc gəlin və idmanla məşğul olmağa başlayın. Yaxşı olar ki, işdən çıxıb dərhal idman zalına gedəsiniz. Artıq 4 həftəyə tam öyrəşmiş olacaqsınız və idman həyatınızın ayrılmazına çevriləcək.

İdman növü

Trenajor məşqləri artıq bir hərakata çevrilmişdir. Demək olar ki, hər üç nəfərdən biri trenajor zalına artıq yazılmışdır və daim olmasa da mütamadi olaraq zala gedir. Zala gəlirsiniz növbə və səs-küy sizi sıxır? Bu zaman fərqli olun, velosiped və qaçış trenajorlarından istifadə edin. Ya da uşaqlıqdan arzuladığınız idmana yazılın: futbol, tennis, beysbol və s.

Evdə

Əgər bu məqalələri oxusanız, ev şəraitində də əzələ yığa bilərsiniz. Və yaxud evdə quraşdırılmış turnik sizə yetərli ola bilər.

Xobbi

Əgər sizin xobbiniz fiziki aktivliklə bağlıdırsa, siz potensial idmançısınız. Hətta işdən evə gəzərək getmək, velosiped ilə gəzinti və yaxud bazardan ağır paketlərlə qayıtmaq belə əzələləri işlədir və kalori yandırır. Bunlarla daha sıx məşğul olsanız idman həyatınızın bir hissəsinə çevriləcək.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın