Home / SAĞLAMLIQ  / Orqanizmdə vitamin çatışmamazlığı: təyin etməyin 8 üsulu

Orqanizmdə vitamin çatışmamazlığı: təyin etməyin 8 üsulu

Balanslaşdırılmış qidalanmaq müasir insan üçün az rast gəlinəndir ki, nəinki norma. Çoxlu sayda hazır məhsul qəbul edərək, insanlar orqanizmlərini lazımi vitaminlərdən məhrum edirlər. Müasir dövrdə vitamin çatışmamazlığı ən çox təyin edilən diaqnozdur. Çox nadir hallarda insan

healthy man
Balanslaşdırılmış qidalanmaq müasir insan üçün az rast gəlinəndir ki, nəinki norma. Çoxlu sayda hazır məhsul qəbul edərək, insanlar orqanizmlərini lazımi vitaminlərdən məhrum edirlər. Müasir dövrdə vitamin çatışmamazlığı ən çox təyin edilən diaqnozdur.

Çox nadir hallarda insan orqanizmində hansısa vitamin tək çatışmır. Adətən bu çatışmamazlıq kompleks şəklində olur. Misal üçün ət və ət məhsulları, balıq və balıq məhsulları yeməyən insanlarda bir müddətdən sonra A, D, E vitamini çatışmamazlığı yaranır. Meyvə-tərəvəz uzun müddət qəbul etməyən insanlarda isə zamanla C və B qrup vitaminləri çatışmamazlığı olur. Üstəlik mövsümü avitaminoz da müşahidə olunur.

Orqanizminizdə baş verən dəyişikliklərə diqqət yetirsəniz, hansı vitamin çaışmamazlığının olmasını təyin etmiş ola bilərsiniz:

1. Dəri

Dəri insan orqanizminin ən böyük orqanıdır. Dəridə baş verən dəyişikliklər tez üzə çıxır və tez bir zamanda aşkarlana bilir. Xüsusən də dərinin quruması, epidermisin yaranması, göyərmələrin meydana çıxması, sızanaqlar, dodaq ətrafı çatlaqlar, herpes, müxtəlif metallara reaksiya. Bu tip dəyişikliklər orqanizmdə vitamin çatışmamazlığına işarədir.

2. Dırnaqlar

Əgər orqanizmdə vitamin çatışmamazlığı vardırsa, dırnaqlar solğunlaşır, qırılmağa başlayır. Üstəlik heç bir kosmetik vasitələr kömək etmir. Dırnaqda ağ ləkələr yaranır, xəttlər və kiçik çuxurlar yaranır.

3. Saçlar

Əgər saçlarınız qırılmağa və intensiv tökülməyə başlayıbsa, çox güman ki, sizdə vitamin çatışmamazlığı vardır. Rasionunuza diqqət yetirin.

4. Gözlər

Əsas hipovitaminozun əlaməti qaranlıqda pis görməkdir. Üstəlik vitamin çatışmamazlığı gözdə qızarmalar, qaşınmalar, mayenin gəlməsi, şişkinlik yaradır. İşığa həssaslıq yaranır, kataraktaya gətirib çıxardır.

5. Ağız boşluğu

Avitaminoz – dildə yaraların, yanaqların içəri tərəfində yaraların əmələ gəlməsi, dildə ağ, ərp kimi təbəqənin olması, dilin şişməsi və anormal rəngin alması, qanayan diş əti və qırılan dişlər.

6. Bütün bədən

Orqanizmdə vitamin çatışmamazlığı zamanı əllər və üz şişir və buna səbəb heç də spirtli içkilər deyil. Əzələ ağrıları, ümumi halsızlıq, tarazlığın itirilmısi, titrəmələr, bədən iyinin dəyişməsi və sızıltılar – bunlar hamısı hipovitaminozun səbəbidir.

7. Əsəb sistemi

Əksər hallarda stres və yorğunluq yuxusuzluq, depresiya, diqqəti cəmləşdirə bilməmək, enerji çatışmamazlığı kimi əlamətlərlə müşahidə olunur. Lakin heç də hamı bunun sadəcə vitamin çatışmamazlığından olduğuna şübhə etmir. Bura həmçinin iştahanın itməsi, iy və dad hissinin itməsi də aiddir. Qaldı cinsi zəifliyə, burada da əksər hallarda günahkar yorğunluq yox, məhz vitamin çatışmamazlığı olur.

8. Həzm yolu

Hipovitaminoz ishal, qəbəlik, çəki artımı, ürəkbulanma, xolesterin kimi problemlər yarada bilər.

Pəhrizdən başlamaq lazımdır

Yadda saxlamaq lazımdır ki, əgər saçlarınız, dırnaq və dərinizdə xarici dəyişikliklər baş verirsə, bu A, E, C və B qrupu vitaminlərinin çatışmamazlığına işarədir. Rasionunuza diqqət yetirin, süd, buğda, ət məhsullarını bol edin, bitki yağlarından istifadə edin. Əmin olun ki, gündə yetərincə meyvə-tərəvəz qəbul edirsiniz.

Həkimə müraciət

Bəzi hallarda polivitamin kompleksinin qəbulunda bir məna var. Lakin aptekə getməyə tələsməyin, ilk öncə həkiminizə müraciət edin və o sizə dəqiq vitamin kompleksini məsləhət biləcək. Üstəlik eyni əlamətlər altında digər xəstəliklərin olması da bir ehtimaldır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın