Home / QİDA  / Ət ilə bulqur aşına nə deyirsiniz?

Ət ilə bulqur aşına nə deyirsiniz?

Biz sizlərə daim bişirilməsi asan və eyni zamanda kişiyə xeyir olan məhsullardan hazırlanan reseptləri təqdim etməyə çalışırıq. Bu səfər sizlərə hazırlanması asan olan, lakin xeyirli və dadlı ətli bulqur aşının hazırlanma qaydasını təqdim edirik. Lazım olanlar:

bulqur aşı
Biz sizlərə daim bişirilməsi asan və eyni zamanda kişiyə xeyir olan məhsullardan hazırlanan reseptləri təqdim etməyə çalışırıq. Bu səfər sizlərə hazırlanması asan olan, lakin xeyirli və dadlı ətli bulqur aşının hazırlanma qaydasını təqdim edirik.

Lazım olanlar: sümüksüz qoyun və ya mal əti, 2 stəkan bulqur, 3 ədəd baş soğan, 1 x/q pomidor əzməsi, zeytun yağı, duz, istiot.

Hazırlanması: Əti yuyub, təmizləyib duzlu suda bişirin. Qaynamağa başlayanda kəfini yığın. Soğanı təmizləyib, xırda-xırda doğrayın.
Soğana yağ və duz əlavə edib, qızılı rəngdə olanadək qovurun. Sonrab pomidor əzməsini əlavə edib 2-3 dəqiqə qovurun. Bişmiş əti qovrulmuş soğanın üstünə töküb 3-5 dəqiqə qovurun. Sonra yuyulub təmizlənmiş bulquru ətin üstünə əlavə edib qarışdırın.

Ətin suyunu süzüb yeməyə əlavə edin. Ətin suyu 1 stəkan olsa, onda əlavə 3 stəkan adi qaynadılmış su əlavə edin. Duzunu əlavə edib, qarışdırın. Vam odda yeməyi bişməyə qoyun. Suyu çəkiləndə plovlarda olduğu kimi dəm almağa qoyun. Bunun üçün qazanın altına dəmir qoyulmalı, yoxdursa qazanı enli bir tavanın içinə qoyub dəmə qoyun. 30 dəqiqə dəm aldıqdan sonra yeməyiniz hazır olacaq. Nuş olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın