Home / QİDA  / Günün yeməyi: Hədik

Günün yeməyi: Hədik

Aşura – hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də «onuncu gün» deməkdir. Hər il mühərrəm ayının 10-da da Hədik bişirmək milli adətə çevrilmişdir. Sizlərə hədiyin bişirilmə qaydasını təqdim

hədik
Aşura – hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də «onuncu gün» deməkdir. Hər il mühərrəm ayının 10-da da Hədik bişirmək milli adətə çevrilmişdir. Sizlərə hədiyin bişirilmə qaydasını təqdim edirik.

Lazımdır: Burada əsas yadda saxlamalısınız ki, paxlalıların sayı 7 olmalıdır. Buğda 1 stəkan, qarğıdalı 1 stəkan, aş lobyası (qaragöz) 1 stəkan, qırmızı lobya 1 stəkan, mərci 1 stəkan, noxud 1 stəkan, lərgə 1 stəkan, duz.

Hazırlanması: əvvəlcə bütün ərzaqlar isladılır. Sonra buğda və qarğıdalını qazana töküb, suda bişirirlər. Eyni vaxtda başqa bir kiçik qazanda noxud bişirilir. Buğda bişib açıldıqdan sonra qazana aş lobyası, noxud (yarıbişmiş), lərgə, mərci, qırmızı lobya da əlavə edilir. Bütün paxlalıların tam bişməsini gözləyirsiniz. Duzu hər bir kəs özü öz zövqünə görə süfrədə əlavə edir. Nuş olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın