Home / GÖRKƏM  / Ev şəraitində dişlərin ağardılması

Ev şəraitində dişlərin ağardılması

Dişləri ev şəraitində tez və ucuz xalq təbabəti vasitələri ilə ağarda bilərisiniz. Soda. Dişləri adi ev sodası ilə təmizləyə bilərsiniz. Bunun üçün sodanı diş pastası ilə qarışdırmağınız lazımdır. Pastanı fırçaya basın və biraz soda səpin və dişlərinizi

ağ dişlər
Dişləri ev şəraitində tez və ucuz xalq təbabəti vasitələri ilə ağarda bilərisiniz.

Soda.

Dişləri adi ev sodası ilə təmizləyə bilərsiniz. Bunun üçün sodanı diş pastası ilə qarışdırmağınız lazımdır. Pastanı fırçaya basın və biraz soda səpin və dişlərinizi yumağa başlayın. Növbəti dəfə yalnız bir həftə sonra proseduru təkrarlamaq olar. Diş minasını apardığı üçün tez-tez təkrarlamaq ziyandır. Çalışın damağınızı cızmayasınız.

Hidrogen peroksid (Перекись водорода).

Sən demə peroksid vasitəsi ilə nəyin ki, saçları ağartmaq olar, həm də dişləri də uğurla ağarda bilərsiniz. Sadəcə su ilə qatıb ağzınızı yaxalamalısınız. Gündəlik etmək olar, lakin uzun müddət yox. Bir çoxlarına kömək edir. İki həftəyə dişləriniz saqqız reklamı üçün hazır olacaqdır. Lakin diş minasını unutmayın!

Kömür.

Adi zəhərlənmə zamanı qəbul edilən aktivləşdirilmiş kömür. Bir neçə həbi götürüb əzmək lazımdır və dişləri alınmış tozla sürtmək. Lakin diş minasını unutmaq olmaz və proseduru tez-tez təkrarlamaq ziyandır.

Çiyələk.

Sadəcə çiyələyi dişlərinizə sürtüb və bir neçə dəqiqə sonra ilıq su ilə dişlərinizi yaxalayın.

Limon.

Adi sarı limon. Bir dilim kəsin və dişlərinizə sürtün və biraz səbir edin, dişlərinizi ilıq su ilə yaxalayın. Proseduru növbəti gün təkrarlayın.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın