Home / İDMAN  / Soyunma otağında bakteriyalardan qorunmaq

Soyunma otağında bakteriyalardan qorunmaq

Bəzən ən təmiz zallarda da sizi təhlükəli bakteriyalar gözləyə bilər. Bu səbəbdən idman zalların soyunma otaqlarında ehtiyatlı olun, ayaqların durmayın, şəxsi gigiyena vasitələrinizdən istifadə edin. Şəp-şəpi Duş zalda nə qədər təmiz olsa da, minlərcə bakteriyalarla doludur. Unutmayın

soyunma otagı
Bəzən ən təmiz zallarda da sizi təhlükəli bakteriyalar gözləyə bilər. Bu səbəbdən idman zalların soyunma otaqlarında ehtiyatlı olun, ayaqların durmayın, şəxsi gigiyena vasitələrinizdən istifadə edin.

Şəp-şəpi

Duş zalda nə qədər təmiz olsa da, minlərcə bakteriyalarla doludur. Unutmayın ki, siz zalda tək deyilsiniz. Ən çox yayılmış olan isə göbələkdir. Əgər bundan uzaq olmaq istəyirsiniz isə, zala öz şəp-şəpiləriniz ilə gəlin.

Çantalar

Keyfiyyətli çantalar xüsusi yağış zamanı islanmayan parçalardan tikilir. Lakin eyni zamanda günəş altında saatlarla da qalsalarda içəridəki paltarları qurutmurlar. İdmandan qayıdan kimi idman paltarlarınızı yuyun və çantanızı da ən azı həftədə bir dəfə yumağınız məsləhətlidir.

Su

Suyu həmişə içmək lazımdır, xüsusən də əgər ağır məşq ilə məşğulsunuz. Lakin suyu krandan içmək olmaz. Alimlərin hesablamalarına görə 2 kub ən təmiz kran suyunda 2,7 mln bakteriya vardır. Bu səbəbdən zala təmiz su ilə gəlin.

Əllər və üz

Əgər məşqdən sonra çimmirsiniz isə, ən azı əllərinizi mütləq yumalısınız. Bilin ki, bütün trenajor avadanlıqlarının üzərində bakteriyaların sayı dünyada çinlilərin sayından çoxdur. Bir də əllərinizi üzünüzə vurmayın, dərinizə düşən bakteriyaların nəticəsi çox acınacaqlı ola bilər.

Dəsmal

Bahalı zala gedirsiniz? Hətta dəsmallarınız da burada təşkil olunur? Aldanmayın, nə bilirsiniz kim, necə, harda bunları yuyub? Zala öz dəsmalınız ilə gəlin.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın