Əzrail tərəfindən unudulan adam
Hindistanda yaşayan kişinin yaşını öyrənənlər inana bilmirlər. Hindistanın Varanasi şəhərində yaşayan Mahashta Murasinin 179 yaşı var. Murasi yaşını sübut edəcək hər cür sənədə malikdir. 6 İyun 1835-ci ildə dünyaya gələn Murasi, 1957-ci ilə qədər ayaqqabı ustası
Hindistanda yaşayan kişinin yaşını öyrənənlər inana bilmirlər.
Hindistanın Varanasi şəhərində yaşayan Mahashta Murasinin 179 yaşı var. Murasi yaşını sübut edəcək hər cür sənədə malikdir. 6 İyun 1835-ci ildə dünyaya gələn Murasi, 1957-ci ilə qədər ayaqqabı ustası işləyib. 122 yaşında təqaüdə çıxan Murasi artıq bu dünyadan getmək istəyir:
“Yəqin Əzrail məni unutdu. O qədər uzun yaşadım ki, nəvəmin nəvəsinin ölümünü gördüm. 150 yaşımdan sonra tək qalmışam. Deyəsən mən ölümsüzəm”. Sağlamlığı ilə əlaqədar keçmişdə heç bir bir narahatçılığı olmayan Murasinin son həkimi də 1971-ci ildə vəfat edib.
Murasi dünyada ən çox yaşayan adam kimi Ginnesin rekordlar kitabına düşüb.