Home / İDMAN  / Triseps məşqləri

Triseps məşqləri

Bugün sizlərə triseps əzələlərinin inkişafından söz açacayıq. Böyük qollara sahib olmaq istəyirsiniz isə bitsepslə yanaşı triseps əzələlərinə də diqqət yetirməlisiniz. Bəli, bitseps qol və çiyin kütləsinin yalnız 30%-nı təşkil edir. Triseps əzələləri əsas kütləni təşkil etdiklərindən,

triseps məşqləri
Bugün sizlərə triseps əzələlərinin inkişafından söz açacayıq. Böyük qollara sahib olmaq istəyirsiniz isə bitsepslə yanaşı triseps əzələlərinə də diqqət yetirməlisiniz.

Bəli, bitseps qol və çiyin kütləsinin yalnız 30%-nı təşkil edir. Triseps əzələləri əsas kütləni təşkil etdiklərindən, qolun ölçüsündə mühüm rol oynayır.

Bitseps məşqlərinin ifratlığı qol əzələlərində simmetriya pozuntusuna gətirib çıxardır. Üstəlik zəif triseps uzanaraq jim və dartınma zamanı çətinliklər yaradır.

Bilirsiniz ki, triseps üçbaşlı əzələ formasındadır. Beləki, bir çoxları düşünürlər ki, müəyyən məşqlər yalnız bir budaq triseps əzələsini məşq etdirir. Bu fikir demək olar ki, yanlışdır. Məşqlər zamanı bütün triseps əzələləri bərabər səviyyədə işləyir. Bu və ya digər triseps əzələsinin zəif inkişafı qenetika ilə izah olunur.

Triseps, digər əzələlər kimi ən yaxşı baza məşqləri ilə artır. Burada baza məşqlərini dar tutma ilə uzanaraq jim və brus təşkil edir. Mütləq qeyd etmək lazımdır ki, triseps əzələlərinə işləyərkən daha orta çəkilərdən istifadə etmək lazımdır ki, texnika dəqiq olsun.

Triseps məşqlərini həftədə bir dəfədən çox olmayaraq yerinə yetirmək lazımdır. Burada yanaşmaların sayı maksimum 3-4 və təkrarlamaların sayı maksimum 8-15 olmalıdır. Nəzərə alsaq ki, sinə məşqləri zamanı triseps əzələləri yükə düşdüyündən, sinə və triseps əzələləri məşqləri arasında maksimum fasilə vermək lazımdır.

Qeyd etdiyimiz kimi, triseps məşqləri üçün ən yaxşı uzanaraq dar tutma ilə jim və brus təşkil edir ki, bu məşqlər eyni anda sinə əzələlərini də məşq elətdirir. Bundan başqa trisepsə güclü təsirə fransız jimi də malikdir. Yuxarı blokun dartılması, başın arxasına əymələr də trisepsi işlədir. Lakin bu izolyasiya məşqləri başlayanlar üçün məsləhət bilinmir ki, ilk öncə baza yaradılmalıdır.

Ev şəraitində triseps məşqləri

Triseps üçün evdə məşqlər klassik jim və oturacaqdan jim təşkil edir. Jim edərkən əllərinizi yaxın tutmalısınız. İkinci məşq isə aşağıdakı kimi yerinə yetirilir:

Aralarında 80-90 sm məsafədə iki oturacaq yerləşdirin. Bir oturacağa ayaqlarınızı qoyun və digərinin qırağından əlləriniz ilə tutaraq jim etməyə başlayın.

Unutmayın ki, qol əzələ kütləsinin 70%-ni məhz triseps təşkil edir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın