Qadınlar kişilərdə nəyi qiymətləndirirlər?
Heç də bütün qadınlar kişiləri qiymətləndirmirlər. Lakin elələri var ki, qiymətləndirirlər və buna səbəb bir çox şey ola bilər. Bugün məhz bu səbəbləri araşdıracayıq. Dəb hissi Bütün statistikaları nəzərə alsaq, qadınlar kişilərdə ilk öncə geyimə qiymət verirlər.
Heç də bütün qadınlar kişiləri qiymətləndirmirlər. Lakin elələri var ki, qiymətləndirirlər və buna səbəb bir çox şey ola bilər. Bugün məhz bu səbəbləri araşdıracayıq.
Dəb hissi
Bütün statistikaları nəzərə alsaq, qadınlar kişilərdə ilk öncə geyimə qiymət verirlər. Dəbli görünən kişilər digərlərindən bir addım öndədirlər.
Boy
Dəb hissi bir tərəfə, bir çox qadınlar üçün boy məsələsi prinsipialdır. Heçkim küçədə və ya adam içində dəstəboy kişi ilə görünmək istəmir. Boyunuz balacadırsa, ən yaxşısı öz boyunuza uyğun qadınlarla münasibət qurmağa çalışın. Lakin istisnalar da mümükündür.
Əzələ kütləsi
Əksər qadınlar güclü əzələ kütləsinə malik kişilərdən xoşlanırlar. Onları qınamaq olmaz, bu genetik olaraq belədir.
İdeal fiziki forma
Güclü fiziki forma da diqqəti cəlb edəndir. Lakin əgər qadın bunu sizdə qiymətləndirisə, sizin daimi gecikmələrinizi anlamalıdır. Bu fiziki formanı saxlamaq üçün məşq etmək vacibdir.
Sadiqlik
Bütün bu yuxarıda qeyd etdiyimiz xarici əlamətlərdən sonra daxili xüsusiyyətlərə növbə gəlib çatır. Bütün qadınlar sadiq həyat yoldaşı istəyirlər.
Mərhəmətlik
Qadınlar gənc yaşlarında “badboys”ları sevirlər. Onlarla daha maraqlıdır və onlar analarından az asılıdırlar. Lakin zamanla qadınların beyinləri aktivləşir və ailə həyatında “badboys”ların bir şeyə yaramadıqlarını başa düşürlər.
İntellekt
Bütün qadınlar yanlarında ağıllı və cavabdehliyi daşıya biləcək kişi görmək istəyirlər. Kimsə qlobal problemləri həll etməlidir axı. Heç bir qadın başını ağrıtmaq istəmir.
Əliaçıqlıq
Əliaçıqlıq hamı üçün vacibdir. Əliaçıq kişi həmişə alış-verişdə, hədiyyələrdə, diqqətdə, qayğıda, dəstəkdə, uşaqlar ilə vaxt keçirməkdə yararlıdır. Xəsis isə nəinki hədiyyə, hətta yaşamaq üçün vacib resursların əldə edilməsində də bəzən yararsız olur.
Yumor hissi
Əgər sizin iti yumor hissiniz vardırsa, özünüzə yağlı müsbət işarəsi qoya bilərsiniz. Qadını güldürə bilmək, özünə aşıq etməyə bərabərdir. Lakin hər şeyin bir həddi vardır. Kloun da heçkimə lazım deyil.