Home / XƏBƏRLƏR  / Bakı 2015 Avropa Oyunlarının maskotları

Bakı 2015 Avropa Oyunlarının maskotları

Bakı 2015 Avropa Oyunları Ceyran və Narı ilk dəfə olaraq keçiriləcək idman tədbirinin rəsmi simvolları (maskotları) kimi təqdim edib. Ceyran və Nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və

maskot baku 2015
Bakı 2015 Avropa Oyunları Ceyran və Narı ilk dəfə olaraq keçiriləcək idman tədbirinin rəsmi simvolları (maskotları) kimi təqdim edib. Ceyran və Nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir.

Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir. Nar günəşi sevən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq. Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng Bakı 2015 brendində əks edilərək artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.(oxu.az)

maskot baku 2015_1

maskot baku _ceyran

maskot baku 2015 _nar

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın