Home / QİDA  / Ərzağın gələcəyi-Darı və ondan hazırlanan yemək

Ərzağın gələcəyi-Darı və ondan hazırlanan yemək

O, qarabaşaq və sirkan kimi qədim dənli bitkidir. Darı deyəndə hələ də çoxlarının ağlına bir şey gəlir: quş yemi. Doğrudur, bu bitkidən ABŞ və Avropada, əsasən, heyvan yemi kimi istifadə olunur. Lakin Çin, Hindistan və Afrikanın

darı
O, qarabaşaq və sirkan kimi qədim dənli bitkidir. Darı deyəndə hələ də çoxlarının ağlına bir şey gəlir: quş yemi.

Doğrudur, bu bitkidən ABŞ və Avropada, əsasən, heyvan yemi kimi istifadə olunur. Lakin Çin, Hindistan və Afrikanın bəzi yerlərində zülalla zəngin darı vacib qida mənbəyidir.

Darı getdikcə artan dünya əhalisinin əsas qidası ola bilər. Darı quraqlıq və yüksək temperatura dözümlüdür, odur ki dəyişən iqlim şəraitində ideal qida məhsuludur. Bundan əlavə, bu dənli bitki tez böyüyür və zərərvericilərə qarşı dözümlüdür.

Bu enerji mənbəyinin, sadəcə, tanıtıma ehtiyacı var. Dünyada yeni qidaların tanıdılması çətin olsa da, müasir pəhriz dəbi darının köməyinə çata bilər: onun tərkibində qlüten yoxdur.

Darı şorbası

Lazımdır: 400 qr darı, 1 litr su və 600 qr qatıq.

Hazırlanması: Darı isladılır və yavaşca döyülür. Qaynayan suya əlavə edilərək, bişirilir. Bişəndən sonra soyudulur və qatıqla qarışdırılaraq içilir. Bu şorba gürcülərin Petv şorbası ilə analojidir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın