Əlil arabasında inqilab
İnkişaf etməkdə olan ölkələrdə təxminən 20 milyon insanın əlil arabasına ehtiyacı vardır. Lakin, adətən, pulsuz paylanılan standart əlil arabaları kələ-kötür yollar və səki kənarları üçün yaramır. Problemi həll etmək məqsədilə Massaçusets Texnologiya İnstitutunun işçi qrupu əlil
İnkişaf etməkdə olan ölkələrdə təxminən 20 milyon insanın əlil arabasına ehtiyacı vardır.
Lakin, adətən, pulsuz paylanılan standart əlil arabaları kələ-kötür yollar və səki kənarları üçün yaramır. Problemi həll etmək məqsədilə Massaçusets Texnologiya İnstitutunun işçi qrupu əlil arabası və hər maneəni aşan üçtəkərli velosipedin kombinasiyası olan “Leveraged Freedom Chair”i (LFC) yaratdı.
LFC-nin ötürücü sistemi ucuz və ucqar kəndlərdə belə tapılan velosiped hissələrindən yığılıb. İxtiraçıların təsis etdiyi müəssisə bu arabaları istehsal edərək xeyriyyə fondları, QHT-lər və dövlət təşkilatlarına satır, onlar da, öz növbəsində, həmin arabaları pulsuz paylayırlar.(national geographic)