Home / QADINLAR  / Kişilərdən kişi məsləhətləri

Kişilərdən kişi məsləhətləri

Ağıllı söhbətlərdən uzaq, konkret məsələlər. Bu yazıda hər şey qısa və aydındır. Nəticə çıxartmaq isə sizlikdir. 1. Seks. Qadınla seks mütləqdir. Həm sizin üçün həm də qadın üçün. Ən azı həftədə 2-3 dəfə əməlli seks yaşamalısınız.

intim
Ağıllı söhbətlərdən uzaq, konkret məsələlər. Bu yazıda hər şey qısa və aydındır. Nəticə çıxartmaq isə sizlikdir.

1. Seks. Qadınla seks mütləqdir. Həm sizin üçün həm də qadın üçün. Ən azı həftədə 2-3 dəfə əməlli seks yaşamalısınız. Gücünüz çatmır? İşinizi dəyişin, həyat tərzinizi dəyişin. Əgər onunla seks belə istəmirsiniz isə, bir yerdə yaşamağa dəyərmi? Yaxşıca düşünün.

2. Onu sevindirin. Həftədə bir dəfə də olsa bunu edin. Gül, romantik şam yeməyi, bir dəlilik. Hər gün lazım deyil, adiləşəcək və artıq sizin borcunuza çevriləcək.

3. Ona qulaq asın. Qadının inanılmaz və kişilər tərəfindən çətin anlaşıla bilən problemləri vardır. Qoyun o danışsın siz qulaq asın, başınızla təsdiqləyin, uyğun suallar verin. Həftədə bir dəfə bu prosedur sizin davalarda itirəcəyiniz əsəbləri qoruyacaq.

4. Onun dostları ilə danışmayın, onların evə gəlməsinə icazə verməyin. Birincisi, əgər sizi onlar görməyibsə, sizin barənizdə pis bir şey deyə bilməyəcəklər. İkincisi, onlardan sənə xeyir yoxdu, onlardan əlini üz. Artıq problemlərdən uzaq olun.

5. Şəxsi həyatı çərçivəyə salmayın. Həftədə 1-2 dəfə icazə verin qadın öz şəxsi işləri ilə də məşğul ola bilsin. Hər gün eyni adam, eyni şeylər insanı dəli edər. Əgər xanımınız evdardırsa, bu zaman evdə məhz ona aid olan yer olmalıdır.

6. İş bölgüsünü aparmayın. Vacib deyil kim nə edir. Əsas bu və ya digər işin yerinə yetirilməsidir. Sadəcə çalışın bir işə görə ikinizdə məsuliyyət daşımayasınız.

7. Kişi olduğunuzu unutmayın. Ən vacib anlarda gərarları siz qəbul edirsiniz, siz də cavabdehlik daşıyırsınız. Siz öndə gedən divar rolunu oynamalısınız.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın